Təqvim
Xaricdə təhsil almış gənclər Azərbaycan Tələbə və Məzunlar Platformasını yaradır.
25 iyun 2020 - 16:51

Xarici ölkələrdə təhsilini başa vuraraq ölkəmizə qayıtmış və müxtəlif sahələrdə çalışan bir qrup aktiv gənc yeni bir ictimai təşkilatın – Azərbaycanlı Tələbə və Məzunlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.
Hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirəcək təşkilatın əsas məqsədi məzunların şəxsi təcrübələrinə əsaslanaraq, təhsil dövrü ərzində tələbələrin qarşılaşa biləcəkləri müxtəlif xarakterli çətinliklərin həllində onlara yardımçı olmaqdır. Eyni zamanda, xaricdə təhsil alan tələbələr barədə dolğun məlumat bazası yaratmaq niyyətində olan təşkilat, müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi üzrə xaricdəki tələbələr üçün əsas informasiya portalı rolunu oynayacaqdır.
Tələbələr arasında şəbəkələşmənin təmin edilməsi, gənc kadrların karyera inkişafının dəstəklənməsi, təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi, həmçinin Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması və Azərbaycanla, o cümlədən Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması da təşkilatın əsas fəaliyyət istiqamətləri arasında olacaqdır.
Azərbaycanlı Tələbə və Məzunlar Platforması hal-hazırda xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş, həmçinin xarici universitetlərdə təhsil almaq niyyətində olan bütün gəncləri platformaya qoşulmağa, onun fəaliyyətindən yararlanmağa və bu fəaliyyətə töhfə verməyə dəvət edir.
Qeyd edək ki, bu təşkilatın işi ilə maraqlanan tələbə və məzunlar, platformanın yeni yaranmış sosial şəbəkə hesablarında (Azerbaijani Students and Alumni Platform) bütün xəbər və elanlarla daha yaxından tanış ola bilərlər. (linklər)

 

 

fb.me/asaplatform2020

@asaplatform

Sosial şəbəkələrdə paylaş:
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə