Təqvim
Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb
24 iyun 2020 - 15:59

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 mlrd. m3 artımla 16,4 mlrd.m3 qaz hasil edilib. Qaz hasilatının 5,4 mlrd. m3 -i AÇG-dən, 8 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd. m3 qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 5,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 mlrd. m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd.m3, BTC boru kəməri sisteminə verilən  qazın həcmi isə 51 min m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd.m3 qaz nəql olunub.

İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd. m3 qaz nəql edilib. İstismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 mln. tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə), 82,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.

2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə