Təqvim
Koronavirusdan sağalan paytaxt sakini: Sanki ölü idim
23 iyun 2020 - 02:11

Koronavirusa yoluxan zaman ilk üç gün ərzində özümü çox pis hiss edirdim, sanki ölü idim.
Bunu açıqlamasında koronavirus xəstəliyindən sağalan 1979-cu il təvəllüdlü Elçin Hüseynov bildirib. Onun sözlərinə görə, virus bütün ailədə aşkarlanıb, hamı sağalsa da, atasını xilas etmək mümkün olmayıb:
“Xəstəliyin ilk simptomlarını Gəncədən Bakıya qayıdarkən hiss etdim. Bədənimdə üşütmə yarandı və maşını idarə edə bilmədiyimdən sükan arxasına atam keçdi. Bakıya gələndən bir neçə gün sonra xəstəlik ağırlaşdığından təcili tibbi yardım çağırdıq və bizdən analizlər götürdülər. İlk analizlərin cavabında atam, anam və məndə neqativ çıxdı, ancaq 6 yaşlı oğlum və yoldaşımda pozitiv oldu. Onları dərhal Qara Qarayev adına xəstəxanaya yerləşdirdilər”.
E.Hüseynov qeyd edib ki, bir müddət sonra valideynləri və özündə vəziyyət ağırlaşıb, nəticədə onları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdilər:
“Bir müddət Ağciyər Xəstəlikləri İnstitutunda qaldıqdan sonra atamla məni Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Təəssüf ki, atam müalicəsinin 15-ci günündə dünyasını dəyişdi. Anam Ağciyər Xəstəlikləri İnstitutunda 16 gün müalicə olunduqdan sonra sağaldı və onu evə buraxdılar, mən isə 27-ci günümdə evə yola salındım”.
Elçin Hüseynov əlavə edib ki, müalicə dövründə onda əsasən bronxlarda problem olub, ancaq fədakar həkimlərin sayəsində o, bu günləri geridə qoyub:
“Xəstəliyin ilk üç günündə vəziyyətim çox pis idi, sanki bir ölü idim. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bizimlə öz doğmaları kimi davranırdılar. Daim yanımızda idilər, bütün gücləri ilə bizə yardım olurdular. Ümumiyyətlə, belə başa düşdüm ki, bu xəstəlik hər bir insanda müxtəlif formada özünü göstərir. Belə ki, məndə ümumiyyətlə qızdırma olmadı, yalnız bronxlarımda problem var idi. Atamda isə xəsətlik qızdırma ilə özünü göstərmişdi”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə