Təqvim
Kliniki Tibbi Mərkəzlə bağlı açıqlama
22 iyun 2020 - 01:05

Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildirik ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı qeyd edək ki, pasiyetin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir. Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronovirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

Favipiravirin koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronovirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır. Hal-hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır. O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.

Digər dərman preparatı olan Paracetamol – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş ağrısı, diş ağrısı, nevralgiya, əzələ ağrıları, revmatik ağrılar, menstrual ağrılar, yanıq zamanı olan ağrılar, travmalarda müşahidə olan ağrılar və s.) aradan qaldırılması üçün və iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir.

Digər iddiaya görə, həkim-infeksionistlərlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir. Qeyd edək ki, bütün dünyada Koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib. Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır. Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 - Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur.

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə