Təqvim
Hüquq fakültəsinin tələbələri "Telders Beynəlxalq Məhkəmə Müsabiqəsi"ndə iştirak ediblər
20 iyun 2020 - 13:09

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Avropada nüfuzlu məhkəmə müsabiqəsi hesab edilən "Telders Beynəlxalq Məhkəmə Müsabiqəsi"ndə ("Telders International Law Moot Court Competition") iştirak ediblər.

Azərbaycanın ilk dəfə qatıldığı beynəlxalq müsabiqədə ölkəmizi Hüquq fakültəsinin III və IV kurs ingilis bölməsinin tələbələrindən ibarət komanda təmsil edib.

Müsabiqəyə qatılan 31 komandanın beş ay ərzində ərsəyə gətirdiyi işlərin qiymətləndirilməsi zamanı BDU tələbələrinin iddiaçı memorialı (yazılı arqument) 9-cu yerə, cavabdeh memorialı isə 13-cü yerə layiq görülüb. Toplam nəticələrə görə Azərbaycan komandası 12-ci sırada qərar tutub.

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə müsabiqənin şifahi mərhələsi ləğv edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi modelini də təmsil edən Telders Beynəlxalq Məhkəmə Müsabiqəsi 1977-ci ildən etibarən hər il Niderland Krallığının Haaqa şəhərində keçirilir. Müsabiqənin məqsədi hüquq təhsili alan tələbələrinin beynəlxalq hüquq sahəsində analitik və praktiki bacarıqlarını inkişaf etdirməkdir.

Komanda üzvləri göstərdikləri dəstəyə görə BDU rəhbərliyinə, bütün xərclərini öz üzərinə götürən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə və müəllimlərinə təşəkkürlərini bildiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə