Təqvim
AQTA koronavirusun (COVID-19) profilaktikası çərçivəsində reydləri davam etdirir
19 iyun 2020 - 12:52

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Belə ki, AQTA əməkdaşları tərəfindən 18 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 201 ictimai iaşə obyekti, 212 ərzaq satışı mağazası olmaqla ümumilikdə 413 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 265-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

  • Yasamal rayonunda “Avalon” ailəvi istirahət mərkəzi
  • Nərimanov rayonunda “Lizzetta” restoranı və “Dəniz” market
  • Binəqədi rayonunda “Orxan” və “Unimart” marketlər

 
Digər rayon və şəhərlər üzrə:

  • Xaçmaz rayonunda Bəşirova İlhamə Ramin qızı və Məmmədov İslam Sabir oğluna məxsus kafeler (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)
  • Bərdə rayonunda “Sahil” restoranı, fiziki şəxslər Quliyev Mədət Malçı oğlu, Zeynalov Arif  Ənvər oğlu, Mahmudov Mahmud Şükür oğlu və Kərimov Murad Maarif oğluna məxsus kafeler
  • Gəncə şəhərində “Xanımın dükkanı”, “Asim” market, “Yeni market”, Quliyev Əli Sovet oğluna məxsus market, “Gəncə Əyləncə” restoranı, “Fantan” yeməkxanası, “Yeni Həyat” kafesi, “Muğan” restoranı, Məmmədov Fikrət Hidayət oğluna məxsus yeməkxana, Həsənli Tahir Fəxrəddin oğlu və Abdullayev Novruz İlham oğluna məxsus kafe
  • Masallı rayonunda “Sevimli” və “Buta” market
  • Salyan rayonunda “Al market”, Qurbanov Kənan Alim oğluna məxsus kafe, Qasımova Sədaqət Böyükağa qızı, Əliyev Sadiq Məmmədağa oğlu, Hacıyeva Laləzar Məhəmmədəli qızına məxsus marketlər
  • Neftçala rayonunda Mayılzadə Nurlan Mehman oğlu, Qəfərov Şirinbala Eynulla oğlu, Ələkbərov Cəmil Əsgər oğlu, Həsənov Ziyafət Habil oğlu və Nəzirov Əli Əziz oğluna məxsus ərzaq mağazaları
  • Göyçay rayonunda “Zeynəb”, “Bir İnci” restoranları, “Oskar” market, Novruzov Samir Çingiz oğluna məxsus ərzaq mağazası və Baxışov Xəyal Əlicabbar oğluna məxsus ət satışı mağazası
  • Qəbələ rayonu, Zarağan kəndində Xancanov Rəsul Eyvaz oğluna məxsus market
  • Şəki şəhəri, Kiçik Dəhnə kəndində Musayev Heydər Heyyət oğluna məxsus kafe
  • Balakən rayonunda Sultanova Aygün Kamil qızına məxsus çörək istehsalı və satışı müəssisəsi
  • Qazax rayonunda “Avey” restoranı
  • Quba rayonunda “Quba”, “Ekanom” marketləri və Mirzəxanov İftixar Yaşar oğluna məxsus market


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə