Təqvim
Suada Qasımova - COVID-19 xəstələrinin müalicəsi ilə bağlı tövsiyələr
19 iyun 2020 - 12:35

Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan Florence Nightingale Xəstəxanalar Qrupunun tərkibində fəaliyyət göstərən Şişli Florence Nightingale Xəstəxanasında koronaviruslu xəstələri müalicə edən azərbaycanlı həkim Suada Qasımova COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsi ilə bağlı öz tövsiyə və məsləhətləri ilə bölüşüb.
Dr.Suada Qasımovanın məqaləsini Sizə təqdim edirik.


Koronavirus insanlarda müxtəlif klinik simptomlarla özünü biruzə verməktədir. Ən çox rast gəlinən klinik simptomlar quru öskürək və təngənəfəslikdir. Eyni zamanda, bunlarla yanaşı xəstələrin müəyyən bir qismində oynaq ağrıları da müşahidə edilir. Nadir hallarda klinik simptomlar sırasında ağız dadında və qoxu almada dəyişiklik müşahidə edilir.


Bu şikayətlərlə gələn xəstələrdə koronavirusdan şübhələnmək və diaqnostika məqsədilə mütləq PCR testi etmək lazımdır. PCR testi ilə birlikdə mütləq hər 2 ağciyərin rentgenoqrafiyası çəkilməlidir. PCR testinin nəticəsi neqativ olarsa və yüksək dərəcədə COVID-19 şübhəsi olarsa, xəstəyə aşağı dozada ağciyərlərin KT müayinəsi edilməlidir. Ağciyərlərin KT görüntüsündə buzlu şüşə görünməsi koronavirus diaqnozunda ən vacib və spesifik kriteriyadır. Antikor testləri Elisa ilə birlikdə olmadığı təqdirdə diaqnostika etibarlı deyildir.


Diaqnoz qoyulan xəstələrin xəstəxanaya yatışına qərar verərkən istifadə olunan ən mühüm göstərici oksigen saturasiyasıdır. Saturasiyası normal olan xəstələrdə hər 2 ağciyərin yarısından çoxunda tutulma varsa, xəstəxanaya yerləşdirilməsi doğru bir yanaşmadır.Bundan başqa, ümumi vəziyyəti yaxşı olan bəzi qadın xəstələrə, həkimin klinik qərarına görə yatış qərarı verilə bilər.


Hal-hazırda xəstəxanaya yerləşdirilməyən xəstələrə edilən ən vacib müalicə Plaquenil müalicəsidir. Plaquenillə birlikdə xəstəni ikincili bakterial super infeksiyadan qorumaq məqsədilə müalicəyə sefalosporin ve flüorokinolon qrupundan olan bir antibiotik əlavə oluna bilər. Xəstəxanaya yerləşdirilən xəstənin müalicəsində isə Plaquenillə birlikdə xüsusilə ağciyərlərdə yayılmış tutulma olan xəstələrdə Favipiravir preparatı istifadə edilməlidir.


Bu ikili müalicəyə baxmayaraq tənəffüs sistemi göstəriciləri düzəlməyən xəstələrdə MAS göstəriciləri varsa, yəni, limfopeniya müşahidə olunursa, d-dimer, ferritin və İL-6 yüksəkdirsə, onda bu xəstələrdə müalicədə Actemra kimi İL-6 reseptor antaqonist preparatı tətbiq olunur. Bunları istifadə edərkən ilk gün yüklənmə dozası, ikinci və üçüncü gün 2. və 3. dozalar verilərək müalicəyə son verilir.


Ağciyərlərdə yayılmış tutulma olan xəstələrdə tənəffüs sistemi problemlərinin düzəlmədiyi və radiyoloji göstəricilərin artdığı təqdirdə xəstədə kök hüceyrə ilə müalicə düşünülməlidir. Kök hüceyrə müalicəsində ən ideal üsul 4 gün müddətində gündə bir dəfə olmaqla damardaxili və bir dəfə bronxoskopiya vasitəsilə bronxial kök hüceyrəsi verməkdir.


Steroid preparatları ilə müalicə zamanı tənəffüs problemləri yüksək olan xəstələrə hər kq çəkiyə ən çox 2 mq. dərman verilməlidir. Ağciyər fibrozunun qarşısını almaq məqsədi ilə istifadə edilən ən vacib müalicə də kök hüceyrə müalicəsidir. Bu fibroz KT-də bal pətəyi görüntüsü şəklində görülür. Ən vacib simptom kəskin respirator distress sindromudur və bu zaman xəstəyə supin pozisiyası verilməlidir.


Beləliklə Covid-19 xəstələrinin müalicə və diaqnostikasında kompleks yanaşma tətbiq edilməli və xəstənin ümumi vəziyyətinə uyğun olaraq həkimin təyinatları davam etdirilməlidir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə