Təqvim
Adil Qeybulla: “Əhalinin təxminən 60 faizi koronavirusa yoluxub”
18 iyun 2020 - 16:27

“Əhalinin 60 faizi koronavirusa yoluxmuş durumdadır. Biz hər gün virusa yoluxmuş xəstə görürük. Hər gün ayrı-ayrı klinikalarda koronavirusa yoluxmuş ən azı 10-15 xəstə tapılır, təcili yardım maşınları ilə testi müsbət çıxan insanlar gətirilir. Yəni, vəziyyət çox pisdir”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib. Adil Qeybulla ölkədə karantin rejiminin yenidən sərtləşdirilməsinin tərəfdarı olduğunu qeyd edib:
“Karantin rejimi yumşaldıqdan sonra 10 minlərlə adam küçəyə çıxdı, sosial məsafəni, karantin qaydalarını gözləmədilər və nəticədə virus şiddətlə yayıldı. İnsanlara dəfələrlə xəbərdarlıq edirik ki, 3 qaydanı gözləməlidirlər. Onlardan birincisi sosial məsafə, ikincisi maska, üçüncüsü isə gigiyena, əllərin yuyulmasıdır. Bu məsələdə insan insandan qorunur. Hər kəs özünü qorusa, bu yetərli olar”.

Adil Qeybulla maskanın nə üçün taxılmalı olduğunu bu cür izah edib: “Maskanı ona görə taxmalıyıq ki, öskürəndə, asqıranda başqasına virus keçməsin. Hər halda maska bu problemi bir qədər uzaqlaşdırır. Əllərimizi də tez-tez yumalıyıq, çünki gün ərzində müxtəlif yerlərdə olur, ictimai nəqliyyatdan istifadə edirik və sairə.
Bir sözlə, qaydalara hər kəs düzgün əməl edərsək, virusdan uzaq olarıq. Lakin nə görürük? İnsanlar parklara axışır, sosial məsafə gözləmir, maska taxmırlar. Yaxud da bəziləri maskanı cibində, əlində saxlayır, polis görən kimi ağzına taxır. Bu zaman da maska rəngini dəyişir, gigiyenik baxımdan təhlükəli vəziyyət yaranır”.

Adil Qeybulla təklif edib ki, ictimai nəqliyyatda tibb maskalar pulsuz olaraq paylanılsın: “30 qəpiklik maska üçün xəsislik etmək olmaz. Sonra bu problemin altından çıxa bilmərik. Təsəvvür edin, tək bir insanın xəstələnməsi neçəyə başa gəlir? Bu baxımdan da ictimai nəqliyyatlarda maska paylamaq lazımdır”.
Professor qeyd edib ki, gün ərzində maskadan düzgün istifadə etmək də əsas şərtdir:“Küçədən evə gələn ki, maskanı çıxarıb, atmaq lazımdır. Amma müşahidə edirik ki, əksəriyyət bir maskadan dəfələrlə istifadə edir.
Əsasən su keçirməyən materialdan hazırlanan maskalara üstünlük vermək lazımdır. Hazırda apteklərdə yuyulan maskalar da satılır. Həmin maskalardan alıb istifadə etdikdən sonra, bir gün məsafə ilə onu sabunla yuyub, qurudub, yenidən istifadə etmək olar”.

Xalidə Gəray,
Musavat.com 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə