Təqvim
Sumqayıtda açılan modul tipli xəstəxana niyə işləmir? - AÇIQLAMA
18 iyun 2020 - 16:18

“Ehtiyac yarandıqca pandemiya ilə mübarizə çərçivəsində tikilən modul tipli xəstəxanalar fəaliyyətə başlayacaq”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva  məlumat verib.
O bildirib ki, hələlik açılışı olan xəstəxanalardan yalnız biri fəaliyyətə başlayıb:

“Bakıdakı modul tipli xəstəxana fəaliyyət göstərir. Sumqayıtda inşa edilən modul tipli xəstəxanaya xəstə qəbulu başlanmayıb. Həmin xəstəxananın nə zaman fəaliyyətə başlayacağı ilə bağlı məlumat yoxdur. Yəqin ki, ehtiyac yarandıqca hər birinin fəaliyyətinə start veriləcək”.
Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, respublika ərazisində pandemiya ilə mübarizə çərçivəsində 10 modul tipli xəstəxananın inşa edilməsinə başlanılıb. Artıq dörd modul tipli xəstəxananın açılışı olub. 
İlk modul tipli xəstəxananın açılışı mayın 7-də baş tutub və bu tibb müəssisəsi 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərir. Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, Sumqayıtdakı 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanasına təhkim olunan modul tipli tibb müəssisələrinin isə açılışı iyunun 9-da baş tutub.
Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.
Bundan başqa, daha altı kompleksin isə bölgələrdə inşa edilərək, istifadəyə verilməsi nəzərdə tutulur.
Oxu.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə