Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması layihəsi davam etdirilir

Təqvim
Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması layihəsi davam etdirilir
16 iyun 2020 - 15:55

Qədim tarixə və böyük sənaye potensialına malik Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir. Şəhərdə yeni içməli su və kanalizasiya infrastrukturlarının yaradılması Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir.

Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi bu ilin martında istismara verilmiş Şəmkirçay sutəmizləyici qurğusu hesabına təmin olunur. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün ötən müddətdə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda icra olunan 4-cü mərhələ çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işləri davam etdirilir. Bu mərhələdə inşası nəzərdə tutulan 307 km su şəbəkəsinin 272 km-i, 185 km kanalizasiya şəbəkəsinin 165 km-i, 22 km magistral su xəttinin 20 km-i, 56 km kanalizasiya kollektorunun 51 km-i inşa edilib. Bu mərhələ çərçivəsində işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər şəbəkəsinin 40 faizinin yenidən qurulması təmin ediləcək.

Ümumilikdə, Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur. Şəbəkənin qalan hissəsinin tikintisi növbəti mərhələlərdə həyata keçiriləcək.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr layihələndirilən təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq. Gəncə şəhərində icra olunan layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar, BANK
Gülağa Tənha : Bir il əvvəl19:56, 07 dekabr 2021
Ermənistan parlamentində dava düşdü +VİDEO19:45, 07 dekabr 2021
Qızlarına təcavüz edən atanı ana güllələdi 19:34, 07 dekabr 2021
Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verildi18:54, 07 dekabr 2021
Azərbaycan-İran sərhədində atışma baş verdi 17:55, 07 dekabr 2021
Vəzifəli şəxslər bu halda 2000 manat cərimə ediləcəklər 17:45, 07 dekabr 2021
Türkiyədə erməni kilsəsi bərpa edildi 16:19, 07 dekabr 2021
Telman İsmayılovun İsraildəki mülklərinə həbs qoyuldu 14:41, 07 dekabr 2021
Cəbrayıl və Füzulidə minaya düşənlərə əlillik veriləcək 13:54, 07 dekabr 2021
Tanınmış iş adamı, şair-publisist Gülağa Tənhanın ( Qəmbərov ) Əli İnsanov haqqında fikirləri 10:08, 07 dekabr 2021
Gülağa Tənha : Məsələ belə başlamışdır...19:49, 06 dekabr 2021
Bakıda universitet yataqxanasında intihar edildi 17:18, 06 dekabr 2021
Qonşu ölkədə "Omikron"a yoluxma aşkar edildi 16:37, 06 dekabr 2021
Vətən müharibəsi iştirakçısı vəfat etdi 16:06, 06 dekabr 2021
Helikopter qəzasında şəhid olanların ailəsinə 11 min manat veriləcək15:25, 06 dekabr 2021
Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşdü 15:13, 06 dekabr 2021
Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi +FOTO=413:23, 06 dekabr 2021
Paşinyanın qızı qəzəbə tuş gəldi +VİDEO12:27, 06 dekabr 2021
İranda mollanın qulağını kəsdilər 11:30, 06 dekabr 2021
Parlamentin tualetində narkotik maddə tapıldı 11:09, 06 dekabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə