Təqvim
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir  Asim Vəliyev
15 iyun 2020 - 15:52

Məlumunuzdur ki, bütün dünya “covid-19” pandemiyası ilə mübarizə aparır və bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu pandemiyanın başlamasının üzərindən aylar keçsə də, hələ də dünya bütünlüklə bu bəladan xilas ola bilməmişdir. İlk gündən bugünək koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra qabaqlayıcı və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Görülən tədbirlərdən biri də modul tipli xəstəxanaların hazırlanaraq istifadəyə verilməsidir. 9 iyun tarixində üç modul tipli xəstəxananın açılışında iştirak edən prezident İlham Əliyevin toxunduğu məqamlar, koronavirusla mübarizədə bir daha həmrəylik göstərməyizin və qaydalara ciddi şəkildə əməl etməyimizin vacibliyini ortaya qoydu. Ölkə başçısını xüsusilə qeyd etdiyi bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: “Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.”

Bu gün sərt karantin qaydalarının yumşaldılması vətəndaşlarımızda koronavirus bəlasının azalaraq yox olması fikrini oyatdı və arxayınçılıq yarandı. Ölkə başçısının da qeyd etdiyi kimi: “Üç aydan çoxdur ki, biz amansız düşmənlə mübarizə aparırıq. Bu düşmənin gözəgörünməz olması bir çoxlarında elə bir təəssürat yaradır ki, o yoxdur. Bununla da onlar özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar.” Hər birimizə yaxşı məlumdur ki, 18 maydan etibarən karantin qaydalarının yumşaldımasından sonra vətəndaşların arxayınçılığı nəticəsində yoluxanların sayında artım müşahidə olundu və artmaqda davam edir. Belə bir durumda vətəndaş olaraq bizim üzərimizə yenə böyük öhdəlik və məsuliyyət düşür. Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hər bir vətəndaşı qapalı məkanlarda tibbi maskadan istifadə etməyə və zərurət olmadıqca qapalı məkanlardan uzaq duraraq, açıq havada daha çox zaman keçirmələrini, sağlam və düzgün qidalanmalarına xüsusilə diqqət yetirmələrini, idmanla məşğul olmalarını tövsiyə edirəm. Beləliklə də həm özümüzü, həm də sevdiklərimiz qorumuş olarıq. Dövlətimizə problemin öhdəsindən ən az itki ilə gəlməsinə yardımçı ola bilərik.

“Gənclərin Töhfəsi”

İctimai Birliyinin sədri Asim Vəliyev

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə