Təqvim
Məhsəti Hüseynova vətəndaşları səbrli və anlayışlı olmağa səslədi
14 iyun 2020 - 15:35

 “Dünya üzrə baş verən bu çətin vəziyyətdə vətəndaşların səbirli, anlayışlı davranaraq həmrəylik göstərməsi lazımdır.” 

Hal-hazırda Azərbaycan üzrə bugünə olan koronavirus infeksiyasına yoluxma statistikalarını nəzərə alaraq bildirmək istərdim ki, ölkəmizdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, digərlərinin səhhəti sabitdir.

Bu rəqəmlərin karantin rejiminin qaydaları tədricən yumşaldıqdan sonra sürətlə artmasının şahidi olduq. Burada da əsas səbəb vətəndaşların karantin rejiminin tələblərini riayət etməməsi, hətta bəzi yerlərdə kütləvi qaydada pozması, kafe və restoranlara , parklara kütləvi axını, bir-birləri ilə sosial məsafə gözləməməsi, tibbi maskalarda az istifadə olunması oldu.
Məhz buna görə ötən həftə koronavirusun kütləvi yayılmasının qarşısını almaq və yayılmanın sürətini azaltmaq məqsədilə şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhaliyə “Evdə qal” deyərək küçəyə çıxmaları, ümumiyyətlə yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.

Bu qərarlar qəbul olunarkən təbii ki, beynəlxalq təcrübə əsas götürülüb. Çünki bu təcrübədən artıq bir sıra dünya ölkələri - Türkiyə, İsrail, Şri Lanka və s. istifadə edirlər. Və vətəndaşların əksəriyyətinin göstərdiyi həmrəylik sayəsində nəticə arzuolunan oldu, koronavirusa yoluxanların sayında azalma müşahidə olundu.

Və Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi növbəti mətbuat konfransında bu qərarın 14 iyun bazar günü və eyni zamanda 15 iyun bazar ertəsi "Qurtuluş günü” – qeyri-iş günündə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tətbiq olunacağı haqqında bildirildi.
Bir daha qeyd etmək istəyirəm ki, burada məqsəd koronavirusun kökünü kəsmək deyil, burada məqsəd yayılmanın sürətini azaltmaqdır.

Dünya üzrə baş verən bu çətin vəziyyətdə vətəndaşlardan səbirli, anlayışlı davranaraq həmrəylik göstərməsi lazımdır. Eyni zamanda vətəndaşları özlərinin və yaxınlarının sağlamlıqlarına biganə yanaşmamağı, bütün ictimai və qapalı yerlərdə maskadan istifadə etməyi, iş yerlərində sosial məsafəni qoruması, şəxsi gigiyenaya diqqət edilməsi vacibdir. Əgər bunlara əməl olunarsa, yalnız o halda çox qısa müddətdə normallaşma prosesi mümkün ola bilər.

Bu sadə qaydalara əməl etməklə 3 aydan artıq bir müddətdə gücləndirilmiş iş rejimində çalışan tibb işçilərinin, hüquq mühafizə orqanlarının, nəqliyyat işçilərinin və s. bu kimi həyat əhəmiyyətli sahələrdə çalışan işçilərin üzərinə düşən yükü azaltmaqla yanaşı, həm də xəstəliyə yoluxanların sayının azalmasına təsir etmək mümkündür.

Qeyd: Dünyada bugünə olan koronavirus infeksiyasına yoluxanların statistikası:
Koronavirus infeksiyasına yoluxanlar: 7,477,996 nəfər
Koronavirus infeksiyasından vəfat edənlər: 419,382 nəfər
Koronavirus infeksiyasından vəfat edənlər: 3,792,064 nəfər

Məhsəti Hüseynova (Sağlam Qidalanma üzrə mütəxəssis)

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə