Təqvim
14 iyun Ümumdünya Qan Donoru günü
13 iyun 2020 - 15:22

14 iyun Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra vətəndaşlara və qurumlara təşəkkür etdi.

Bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir.
Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.

Bu il koronavirus pandemiyasi səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatda qalması üçün risk yaranmışdı.

Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxta yaranan bu kimi problemlərə hər zaman şəfqət, mərhəmət və humanizm kimi keyfiyyətləri öz həyat tərzinə çevirən xalqımız biganə qalmadı.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa çağırış etdi və bu mövzuda həmrəlik nümayiş

etdirərək qan ehtiyacı olan insanlar üçün könüllü qan donoru olmağa çağırdı.
 

Hörmətli Mehriban xanım!

Siz bu nəcib təşəbbüsünüzlə minlərlə insan həyatının xilaskarı oldunuz. Milli Hematologiya və Transfuziologiya Mərkəzi və irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlər adından başda Siz olmaqla bütün dəstək verən vətəndaşlarımıza, idarə və təşkilatlara dərin minnətdarlığımızı bildiririk!

 

Onların qəhrəmanı ol! Qan ver, həyat qurtar!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə