Təqvim
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma öz əksini tapmayıb"
12 iyun 2020 - 14:53

ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyətinə dair 2019-cu il üçün illik hesabatında Azərbaycanla bağlı hissədə ölkəmizdəki din sahəsində müsbət rəylərlə bərabər, bizim razılaşmadığımız və obyektivlikdən uzaq olan, həmçinin əvvəlki illərə aid və artıq həllini tapmış bəzi fikirlər özünə yer tapıb. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və Azərbaycan Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edilib: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət sayəsində Azərbaycan dini etiqad azadlığı baxımından dünyada nümunəvi ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanda “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” elan edilib. Çoxlu sayda tədbirlər həyata keçirilib. Həmçinin, Azərbaycanda din sahəsində aparılan siyasət ölkədə dini konfessiyalar arasında harmoniyaya, qarşılıqlı anlaşmaya, tolerant, multikultural mühitə çox böyük imkan yaradıb.

Ona görə də ABŞ Dövlət Departamentinin hesabatını diqqətlə nəzərdən keçirəndə orada olan bəzi məqamlar var ki, o məqamların hər biri ilə əlaqədar fikirlərin obyektiv olmadığını göstərmək imkanımız var. Misal üçün, həmin hesabatda Azərbaycanda dini icmaların qeydiyyatı məsələsinə toxunulur. Nəzərinizə çatdırım ki, qeydiyyat məsələsi ilə bağlı ölkəmizin qanunvericiliyində olan imkanlar ən mütərəqqi və nümunəvidir. Yəni Azərbaycanda 50 nəfərdən ibarət vətəndaşlar bir araya gələrək dini icmanı qeydiyyatdan keçirə bilir. Baxmayaraq ki, bəzi Avropa ölkələrində bu rəqəm daha yüksəkdir. Bu gün statistikaya baxsaq, Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür və bu sahədə heç bir məhdudiyyət yoxdur. Çox təəssüf ki, həmin hesabatda bununla bağlı yanlış mövqe vardır. Və yaxud hesabatda “Yehova şahidləri” ilə bağlı 3-4 il bundan qabaqkı məsələlər vardır ki, buna məhkəmədə baxılıb. İndi o məsələni hesabata təkrar daxil ediblər. Halbuki, “Yehova şahidləri” ilə bağlı ölkəmizdə hansısa bir problem yoxdur. “Yehova şahidləri”nin mərkəzi Azərbaycanda bu qurumla bağlı atılan addıma görə ölkəmizə dəfələrlə təşəkkür edib. Eyni zamanda, digər qeyri-müsəlman icmaları vardır ki, bu icmaların qeydiyyatında da, fəaliyyətində də hər hansı bir məhdudiyyətə yol verilməyib.

Eyni zamanda, hesabatda Gəncədə baş vermiş məlum hadisələrlə əlaqədar məqamlar vardır ki, onun dinə və dini etiqad azadlığına aidiyyəti yoxdur. Bu məsələ ilə əlaqədar məhkəmə araşdırması aparılıb, qərar qəbul olunub, cinayət hadisəsi baş verib və cəzalandırılanlar var. Hesabatda bu hadisəni dini məsələ ilə əlaqələndirməyə cəhd ediblər və bu tamamilə qeyri-düzgün yanaşmadır.

Qeyd etdiyim kimi hesabatda Azərbaycanda görülmüş işlər, müsbət hadisələrin qeyd edilməsi ilə əlaqədar yanlış fikirlər, bizim qəbul edə bilməyəcəyimiz qeyri-obyektiv tezislər var. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq sənəd hazırlayaraq öz mövqeyini bildirəcək”.

Komitə sədri bildirib ki, Azərbaycan demokratik ölkədir və Azərbaycanda mövcud olan vətəndaşların hüquq və azadlıqları, demokratik azadlıqlar kiməsə görə edilmir: “Bu, Azərbaycan xalqının seçimidir, Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalardır. Ona görə də biz öz siyasətimizi hansısa ölkəyə, hansısa quruma görə müəyyən etmirik. Bu bizim Prezidentimizin apardığı siyasətdir və ötən il Azərbaycanda Dünya dini liderlərinin ikinci sammitində qəbul edilən sənəddə də Azərbaycanın dini tolerantlıq baxımından ən nümunəvi ölkə olması öz əksini tapıb. Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa, vicdan azadlığına, həyata keçirilən siyasətə obyektiv yanaşma öz əksini tapmayıb”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə