Təqvim
Anosmiya və onun müalicəsi
26 may 2020 - 12:22

 Qoxu insan həyatına rəngarənglik, duyula bilən fərqli iylər isə zövq bəxş etdiyi kimi, müxtəlif xəstəliklərdən də qoruyur. Yanıq və qaz qoxusunu vaxtında hiss edərək bədbəxt hadisələrin qarşısının alınması həmin duyğu üzvünün normal fəaliyyəti hesabına baş verir.
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının otolarinqoloqu Gülyaz Kazımova deyib: “Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etməyə imkan verir. Qoxu hissiyyatından məhrum olmaq anosmiya, iybilmənin azalması isə hiposmiya adlandırılır. Anosmiya və hiposmiya həm anadangəlmə, həm də qazanılma ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə edilir.
Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningit, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır. Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər”.
Anosmiyanın müalicəsi barədə məlumat verən həkim-otolarinqoloq bildirib: “Müalicəyə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoymaq üçün xəstə baş-beynin kompüter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçməlidir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Nikolay Bemşteynin qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif edib. Bu cür aparılan müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.
Anosmiyanın müalicəsində xalq təbabəti üsulları ilə daha uğurlu nəticələr əldə etmək mümkündür, lakin təbii üsullarla müalicəyə başlamazdan əvvəl mütləq onun səbəbini aydınlaşdırmaq lazımdır. Anosmiyanın mərkəzi formalarında proqnoz əsas xəstəlikdən asılıdır. Periferik formalarda isə müalicə tədbirləri burun tənəffüsünün bərpasına, burun boşluğu və ciblərin sanasiyasına yönəlib”.
O, müalicə prosedurları barədə deyib: “Burun boşluğu dəniz suyu və ya evdə hazırlanmış duzlu məhlulla gündə üç dəfə yuyulur. Məhlulu hazırlamaq üçün 1 stəkan ilıq suya 1 çay qaşığı xörək duzu və 8 damcı yod əlavə edilir. Hər yumadan sonra hər burun dəliyinə 3 damcı dəmrovotu sirkəsi damcılanır.
Qripdən 10 gün sonra qoxu hissiyyatı bərpa olunmursa, gündə 2-3 dəfə yarıbayarı su və ya təbii sirkə ilə qarışdırılmış qıtıqotu şirəsindən hər burun dəliyinə 3 damcı tökülür.
Tam qurudulmuş sugülü otu qəhvəüyüdəndə xırdalanıb toz halına salınır, 9 hissə sugülü tozuna 1 hissə kərə yağı qatılır. Şüşə qaba qoyularaq soyuducuda saxlanılır. Hər gün burun dəliklərinin dərinliklərinə çəkilir.
Hər gün isidilmiş tavaya bir qədər təbii üzüm və ya alma sirkəsi tökülür, onun buxarı ilə nəfəs alınır. Prosedur 10 gün davam etdirilir.
Hər gün çuğundur yarpağının şirəsi ilə bal qarışığı buruna damcıladılır. Qarışığı hazırlamaq üçün 100 millilitr şirəyə 1 çay qaşığı bal əlavə edilir.
1 xörək qaşığı qurudulmuş gülümbahar çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə buxar üzərində dəmlənir, soyuyandan sonra istifadə olunur. Gündə 1-2 dəfə burun boşluğu gülümbahar çiçəklərinin ilıq dəmləməsi ilə yuyulur. Prosedur 7-10 gün aparılır.
Eyni qaydada adaçayı və ya evkalipt yarpaqlarının dəmləməsindən də istifadə etmək olar.
Hər gün yovşan otu yandırılır və tüstüsü ilə nəfəs alınır. Prosedur 1 ay ərzində aparılır”. AZƏRTAC

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə