Təqvim
Adi tibbi maska taxmaq nə üçün vacibdir? - Həkim ŞƏRHİ
23 may 2020 - 14:02

 Ümumdünya Səhiyyə Təşkilatı bir neçə dəfə bildirib ki, maska taxmaq insanı virus təhlükəsindən qorumur. Lakin bununla bərabər təşkilat insanlara tövsiyə xarakterli olaraq maska taxmağı bildirib.
Ölkəmizdə isə maska taxmaq zəruridir, hətta müəyyən halda maska taxmayan şəxslər inzibati qaydada cəzalandırılır, cərimə edilir.
Maraqlıdır, əgər ÜST maska taxmağı zəruri hesab etmirsə, niyə bizdə bu hal zəruri hesab olunur və cərimə tətbiq edilir?
Hazırda karantin xəstəxanası kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev ölkədə bu qaydanın zəruri şəkildə olmasının səbəblərini açıqlamasında bildirib:
“Maskanın taxılması ilə bağlı qərarın zəruiliyini doğru qiymətləndirirəm. Çünki bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda da o asqırıb-öskürəndə ətrafa virus yayır. Maskanın geyinilməsində əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan. Bizim virus yaymağımız üçün təkcə asqırıb-öskürməyimiz faktor deyil. Adi ünsiyyət zamanı tüpürcək vasitəsi ilə də qarşı tərəfi yoluxdura bilərik. Özümüzdən aslı olmayaraq, ağız suyunu kənara xaric edirik, maska bu ağız suyunun ötürülməsinin qarşısını alır”.
A.Əliyev adi tibbi maskanın keyfiyyəti məsələsinə də toxunub:
“Bəzən düşünürlər ki, tibbi-cərrahi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yalnışdır. Adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır”. modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə