Təqvim
Uşaqları koronavirusdan necə qoruyaq?
21 may 2020 - 15:23

Müxtəlif mənbələrdən olan məlumatlar uşaqların koronavirusa daha az məruz qaldıqları fikrini təsdiqləyir. Bu barədə koronavirus pandemiyası yenicə başlayanda belə bir fikir formalaşmışdı ki, uşaqlar koronavirusa yoluxmur. Lakin zaman keçdikcə uşaqlarda da bu virusa yoluxma faktları aşkarlandı. Hazırda isə bütün mülahizələr bir yerdə cəmləşir ki, uşaqlar bu virusa yoluxa bilir, amma bu xəstəliyin əlamətləri onlarda daha yüngül özünü göstərir və xəstəliyin gedişatı daha yüngül olur.


Bununla belə, son vaxtlar uşaqlarda da koronavirusun ciddi və ağır keçməsi faktları müşahidə olunub. Bu hallar, eyni zamanda bir çox ölkələrdə məktəblərin, uşaq bağçalarının bağlanması, insanlar arasında məsafənin saxlanılması və bir çox başqa ciddi tədbirlər valideynləri öz övladlarının təhlükəsizliyi barədə düşünməyə vadar edir.


Niyə koronavirus uşaqlarda bir cür, böyüklərdə başqa cür özünü büruzə verir? Əgər uşaqlarda da yoluxma varsa, bu onlara necə təsir edə bilər, onların gələcək həyatlarında özünü necə göstərər? Bütün valideynləri düşündürən bu suallarla Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyevaya müraciət etdik.


-Doktor, ilk öncə bilmək istərdik, azyaşlı uşaqlar koronavirusa yoluxurmu?


-Bəli, uşaqlar da böyüklər kimi koronavirusla qarşılaşdıqda, bu virusa yoluxurlar və onlarda da Covid-19-un simptomları özünü göstərir. Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin apardığı tədqiqatların (20 fevral 2020-ci il) nəticələrinə görə, Çində 19 yaşından aşağı olan uşaqlarda koronavirus xəstəliyi Covid-19-a yoluxan 72 314 nəfərdən 2% təşkil edir. Amerika tədqiqatçılarının gəldiyi nəticəyə görə isə, ABŞ-da koronavirusa yoluxanlar arasında uşaqlar 1% təşkil etmişdir və 508 xəstə uşaq arasında heç bir ölüm hadisəsi olmamışdır.


-Koronavirus uşaqlara necə təsir edir? Bu xəstəliyə yoluxan uşaqlar sağaldıqda necə, bu, onların gələcək həyatında özünü nə vaxtsa göstərə bilərmi?


- Dünya statistikasında uşaqlar arasında koronavirusla bağlı xəstəxanalarda yatış və ölüm sayı çox azdır. Bütün yaş qruplarından olan uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1% təşkil edir. Koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir.


-Niyə uşaqlarda koronavirus daha yüngül keçir?


-“Journal of the American Medical Association” tibb jurnalında dərc edilmiş araşdırmalarda virusun əsasən 50-60 yaşlı insanları yoluxdurduğu bildirilir və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur. Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - “sitokin partlaması” baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır


-Doktor, deyə bilərsinizmi, risk qrupuna hansı uşaqlar daxildir?


- Bu risk qrupuna əsasən südəmər uşaqlar (1 yaşa qədər), anadangəlmə ürək qüsuru olan uşaqlar, xroniki böyrək problemi olanlar, onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar və orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar aiddir.


-Koronovirusa yoluxmuş hamilə qadının bu virusu bətnindəki uşağa keçirməsi ehtimalı varmı?


-Çinin Uhan şəhərində, həmçinin Northüestern Universtetində koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatların nəticələr göstərir ki, koronavirus hamilə qadından körpəsinə keçmir. Həmçinin, dünyanın nüfuzlu həftəlik “The Lancet” tibb jurnalında yayımlanan çalışmalarda da koronavirusun ana bətnindən cift yolu ilə körpəyə keçmədiyi müəyyən olunub.


-Uşaqları koronavirusdan necə qorumalıyıq?


-Uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər. Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır.


1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigeniyasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə