Təqvim
“Azərpoçt” MMC koronavirus infeksiyası ilə bağlı profilaktik tədbirləri davam etdirir
18 may 2020 - 15:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirləri davam etdirir.

Poçt filialları və şöbələrində, eləcə də “Şəbəkə” xidmət mərkəzlərində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir. Həmçinin, “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzinin inzibati binası, xidməti otaqları, şöbələri və mərkəzdəki gömrük məntəqəsi dezinfeksiya edilir.

Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar, əlcəklər və spirtlə təmin olunurlar. Eyni zamanda, geniş maarifləndirmə işləri aparılır.

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə