Təqvim
Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankerinin xarici sularda istismarına qərar verilib
16 may 2020 - 11:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, bir bazardan asılılığının aradan qaldırılması üçün xarici sularda fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır.

ASCO bu istiqamətdə daha bir addım atıb. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli “Laçın” gəmisinin Azərbaycan bayrağı altında xarici sularda fəaliyyət göstərməsinə qərar verilib.

Artıq dizel yanacağı ilə yüklənmiş “Laçın” tankeri ilk səfərinə hazırdır. Gəmi Bakı limanından üzü Gürcüstanın Kulevi limanı istiqəmətində səfərə yollanacaq. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.

Daimi heyəti 11 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək. Uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil,  xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə