Təqvim
BMU ilə Koreya Universiteti arasında ikili diplom proqramının icrasına başlanılır
15 may 2020 - 10:42

Yeni tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında  əldə edilən razılığa uyğun olaraq ikili diplom proqramının icrasına başlanılacaq.  Belə ki, BMU-da İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi (Telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Kompüter mühəndisliyi ixtisaslaşmaları), Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulub.  Qeyd olunan ixtisaslar üçün 100 nəfərlik qəbul planı təsdiq olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən tələbələr bu proqramla təhsil almaq üçün İnha Universiteti və BMU müəllimlərinin birgə təşkil etdiyi riyaziyyat, fizika və ingilis dili fənləri üzrə daxili imtahan verəcəklər.

Xatırladaq ki, cari ilin əvvəlində BMU ilə İnha Universiteti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Sənəddə digər məsələlərlə yanaşı, ikili diplom proqramlarının təsis edilməsi məsələsinə xüsusi yer ayrılıb.

BMU-da İnha Universiteti ilə ikili diplom proqramını tədris edən professor-müəllim  heyəti ABŞ-ın nüfuzlu universitetlərinin məzunlarıdır. Təhsilin ingilis dilində olmasına baxmayaraq tələbələr Koreya dilini də öyrənəcəklər. Bu məqsədlə BMU-da Koreya Dil Mərkəzinin yaradılması da planlaşdırılıb. Təhsil 3+1  formatı əsasında aparılacaq. Tələbələr 3 il BMU-da, 1 il isə Koreyada təhsil alacaqlar. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsinin Koreyanın aparıcı şirkətlərində keçirilməsi də nəzərdə tutulur. Proqram əsasında oxuyacaq tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

Razılaşmada  daha bir diqqətçəkən məqam isə magistratura  təhsili ilə bağlıdır. Nəinki bu ixtisasları bitirən tələbələr, həmçinin eyni profilli ixtisaslar üzrə təhsil almaq arzusunda olanlar da İnha Universitetində magistratura təhsili almaq imkanına malik olacaqlar. Bununla yanaşı, tələbələr Cənubi Koreya  Respublikasının təhsil qrantlarından  da yararlana biləcəklər.

Digər vacib məqam isə tələbələrdə mühəndis yaradıcılığı və innovativ yanaşmanı formalaşdırmaq məqsədilə “Samsung Electronics Engineering Academy”nin açılması barədə razılığın əldə edilməsi olub.

İxtisasların tədris proqramları  müasir tələblərə cavab verən beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş amerikan kredit sisteminə uyğun tərtib olunub və Prezident cənab İlham Əliyevin  müvafiq  Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə  Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” na əsasən həyata keçirilir. İxtisasların tədris planları artıq tərtib edilib, fənlərin sillabusları isə hazırlanır.  Yaxın zamanlarda ixtisaslar üzrə maddi-texniki bazanın yaradılması istiqamətində lazımi didaktik materialların alınması da nəzərdə tutulub.

Xüsusi olaraq onu da vurğulayaq ki, BMU-nun müasir tələblərə cavab verən iki yataqxanası mövcuddur və proqram əsasında təhsil alacaq tələbələr yataqxana ilə təmin olunacaqlar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə