Təqvim
Azərbaycanda koronavirusa yoluxanların ÖLÜM-DİRİM MÜBARİZƏSİ - VIDEO
11 may 2020 - 19:37

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanadan reportaj yayımlanıb.
AzTV-nin verdiyi xəbərə görə, hazırda virusa yoluxmuş xəstələr əhaliyə müraciət edərək “evdə qalmaq, burada olmaqdan yaxşıdır”, “evdə olun ki, burada olmayın” deyə çağırış ediblər.
Çəkiliş zamanı xəstələrdən birinin vəziyyətinin ağırlaşmasına həkimlər dərhal müdaxilə ediblər. Bununla da həkimlər başqalarını xilas etmək üçün öz həyatlarını riskə atır, hər an ölüm-dirim savaşı aparırlar.
Müxbir Vüsal Qaraca bildirib ki, bir neçə gün öncə reanimasiya otağında xəstə sayı az olsa da, hazırda heç boş çarpayı yoxdur.
Koronavirus xəstəsi Rüfət Ələsgərov bildirib ki, boğulma hiss etdiyi üçün həkimə müraciət edib: “Yəqin ki, haradasa səhv etdik ki, belə oldu. İnsanlara tövsiyə edirəm ki, özlərini qorusunlar. Xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, biz kimin yaşayacağı, kimin öləcəyinə qərar vermək məcburiyyətində qalacağıq”.
TƏBİB-in Müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, son bir həftədə xəstələrin sayı və ağırlıq dərəcəsi artıb: “Bu artım həndəsi silsilə ilə davam etsə, çox çətin olacaq. Xahiş edirəm, sosial məsafəni gözləyin, gigiyena qaydalarına əməl edin”.
Reportajda görünür ki, bir xəstə üçün 10-a yaxın mütəxəssis çalışır.
Həkim Gülarə Abbasova deyib ki, xəstələrin hər an ürəyi dayana bilər: “Belə xəstələr üçün hər saniyə önəmlidir”.
Tibb bacısı Xanım Babayeva deyib ki, artıq xəstələrin müalicəsi ilə məşğul olduğu üçün 40 gündür iki azyaşlı övladı ilə görüşə bilmir: “Balaca övladım iki yaş yarımlıqdır. Ancaq onlayn əlaqə saxlaya bilirik. Amma bir ana üçün bu çox çətindir”.
Koronavirusdan sağalmış xəstə Almaz Ağayeva deyib ki, 6 gün komada olandan sonra həkimlərin səyi nəticəsində xilas olunub. minval.info 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə