Təqvim
İki min yaşı olan göz xəstəliyi - katarakta
09 may 2020 - 15:56

El arasında "mirvari suyu” adlandırılan katarakta göz büllurunun bulanması, onun şəffaflığını itirməsidir. Xəstəlik zamanı gözə düşən işıq şüasının qarşısı alınır. Bu da gözün görmə qabiliyyətinin azalmasına, sonda isə görmənin itirilməsinə gətirib çıxarır. Başqa sözlə desək, katarakta müvəqqəti də olsa, gözdə korluq yarada bilən xəstəlikdir.
Bu barədə Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının oftalmoloqu Hafiz Qəhrəmanov məlumat verib.
Oftalmoloqun sözlərinə görə, xəstəliyin yaranma səbəbləri müxtəlifdir: "Bunlar arasında birinci yerdə yaşlanmanı qeyd etmək olar. Çünki adətən katarakta yaşlı insanların xəstəliyi sayılır. İkinci yerdə mübadilə pozulmaları dayanır. Burada da əsas səbəb şəkərli diabetin olmasıdır. Bəzən hipertoniya da dolayısı ilə kataraktanın yaranmasına səbəb ola bilər. Səbəblər arasında növbəti yerləri travmalar, anadangəlmə kataraktalar tutur.
Katarakta kifayət qədər geniş yayılıb. Statistika və oftalmoloji praktika göstərir ki, əhali arasında ən çox əməliyyat məhz katarakta səbəbindən qeydə alınır. Ümumiyyətlə, xəstəliyin özünün çox qədim tarixi - təxminən 2 min yaşı var. Hətta qədim dövrdə də bilirdilər ki, kataraktanı müalicə etmək üçün bülluru çıxarmaq lazımdır”.
H.Qəhrəmanov bildirib ki, xəstəliyin müxtəlif müayinə üsulları var. Müasir dövrdə əməliyyat əsasən büllurun fakoemulsifikasiyası üsulu ilə aparılır. Yəni, əməliyyat ultrasəs tətbiq olunmaqla kiçik kəsik vasitəsilə icra edilir. O diqqətə çatdırıb ki, insanlar çox zaman əməliyyatın heç bir kəsik olmadan şüa ilə aparıldığını düşünür, ona görə də buna bəzən lazer əməliyyatı deyirlər. Lakin bu, elə deyil. Kiçik, yəni 2-2,4 millimetr ölçülü kəsikdən gözün ortasındakı büllur parçalanır, xırdalanır və xaric olunur. Onun yerinə süni büllur, yəni linza implantasiya olunur. Linzanın seçilməsi hər göz üçün fərdidir. Əməliyyat öncəsi ultrasəs və biomaster cihazları ilə gözün özəllikləri, göstəriciləri yoxlanılır. Hər gözə, onun şüanı sındırma qüvvəsinə uyğun süni büllur seçilir və qoyulur.
Hazırda linzalar bir çox ölkələrdə hazırlanır. Akril adlanan materialdan hazırlanan premium linzalar çox mükəmməldir. Onlar insan orqanizminə heç bir zərər vurmadan, bioloji toxumalarla yanaşı, uzun illərboyu, hətta insanın ömrünün sonuna qədər gözün içərisində qalır və onun görmə funksiyalarını yüksək səviyyədə saxlayır.
Mütəxəssis qeyd edib ki, 20 il əvvələ nisbətən katarakta xəstəliyinin cavanlaşdığını demək mümkündür. Belə ki, katarakta əvvəllər yalnız 60-70 yaşdan yuxarı müşahidə olunurdusa, indi 40-45 yaş arasında da rast gəlinir. Bunun səbəbləri çoxdur - ətraf mühit çirklənməsi, qeyri-düzgün qidalanma, qidaların tərkibində olan vitamin çatışmazlığı və s. Xüsusilə havanın çirkliliyi, atmosferdə ultrabənövşəyi şüanın miqdarının artması büllurun erkən zədələnməsinə səbəb olur.
Lakin texniki vasitələr, monitorlar, telefon ekranlarının büllura birbaşa təsiri yoxdur. Monitorlar uzun müddət istifadə olunanda insan orqanizminə, xüsusilə də gözlərə zərər verir. Lakin onlar gözlərdə spazm, yorğunluq yaradır, orqanik dəyişikliyə və kataraktaya səbəb olmur.
Hafiz Qəhrəmanov hər kəsə gözlərini qorumağı məsləhət görüb: "Qaranlıqda mütaliə etmək, uzanıb kitab oxumaq tövsiyə olunmur. Gözləri çox yormamaq üçün oxu rejiminə daha diqqətli yanaşmaq, fasilə ilə oxumaq lazımdır. Qrip və ya digər xəstəliklər zamanı gözlərdə fəsadlar yaranarsa – qızartı, yaşarma, qaşınma və digər əlamətlər müşahidə olunarsa, özbaşına müalicə yerinə, həkimə müraciət etmək vacibdir. Çünki mütəxəssis tövsiyəsi olmadan göz damcılarından istifadə gözlərə daha çox ziyan vura bilər”. AZƏRTAC 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə