Təqvim
Gülağa Tənha Ataların əziz xatirəsinə... (Klip ilk dəfə)
09 may 2020 - 15:00

Həyatın özü bir müharibə, mübarizədir və bu yolda vaxtından əvvəl dünyalarını dəyişən atalarımız oldu, həmçini, Böyük Vətən müharibəsində qəhramanlıq göstərən atalarımız tarix yazdı. Böyük ehtiramla yad edərək sözləri xeyriyyəçi - şair Gülağa Tənhaya aid olan video klipi Atalara ithaf edirik! Xüsusi qeyd edirik ki, real xronika  üzərində hazırlanmış klip görüntüləri qələbə günündən bir neçə gün sonra Berlində çəkilmişdir.

Bu gün 9 may qələbə günüdür! 1 sentyabr1939 - cı il İkinci Dünya müharibəsi başlamışdır.

- Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!"
Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.
İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı.

 

söz: Gülağa Tənha
musiqi: Firudin Allahverdiyev
ifa: Əməkdar artist Ramil Qasımov

 

 

 

ATAMIN XATİRƏSİNƏ

Dünyanı dolaşmışam,
Mənə dözüm atamdı.
Neçə dağlar aşmışam,
Hər gündüzüm atamdı.
Sabahlaradı yolum,
Arzudu sağım-solum.
Taqətim, vuran qolum,
Görən gözüm atamdı.
İlmə-ilmə üzülən,
İpə-sapa düzülən,
Ürəyimdən süzülən
Şirin sözüm atamdı.
Ömür bitməyib hələ,
Dilə, məndən can dilə.
Sönmərəm illər ilə
Odum-közüm atamdı.


Gülağa Tənha ( Qənbərov ) Bakı, 24 mart, 1983

 

 


Xatırlatma: Böyük Vətən müharibəsində iştirak edən azərbaycanlılar haqqında qısa məlumat


O dövrdə Azərbaycandan əhali cəbhə üçün 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl pul, 125 vaqon isti geyim göndərmişdi.
Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 402-ci, 396-cı, 416-cı milli diviziyalar bütün cəbhə boyu uğurlu döyüş əməliyyatları keçirirdilər.
Müharibə illərində SSRİ-də istehsal olunan neftin 75%-i, benzinin 90%-i Azərbaycanın payına düşürdü. Sovet İttifaqı marşalı Georgi Jukovun dediyi kimi, “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafiəsi və düşmən üzərində sürətli qələbə üçün lazım olan qədər yanacaq vermişdir”.
Bundan başqa, Bakıda “Katyuşa” reaktiv raketləri və “Şpagin” pulemyotları hazırlanır, “YAK-3” qırıcı təyyarələri yığılırdı. Məşhur azərbaycanlı akademik Yusuf Məmmədəliyevin yüksək oktanlı benzini isə sovet təyyarələrini daha sürətli və manevrli etmişdi.


O vaxt əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. Azərbaycandan çağırılan 300 min SSRİ vətəndaşı həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi.
İkinci Dünya Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı.

1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.


- Müharibələr heç bir halda məqbul sayıla bilməz. Hər birimiz yerin-göyün sahibi olan Allaha itaət və ibadət üçün yaradılmışıq. O, böyük qüvvə səbirlə, bəndələrə nəzarət edir. Sonunda hər birimiz baş verənlərə görə cavab vermiş olacağıq. Nə yaxşı ki biz dünyaya müsəlman olaraq gəldik və hər bir müsəlmanın tövbə etmək şansı vardır. Yetər ki etdiyimiz tövbəni pozmayaq. Yox əgər "Dünya" siyasətinin cənginə düşüb müharibənin qaçılmaz olduğunu görsək, sona qədər döyüşmək lazımdır! Qələbəyə kimi... Odur ki, bu qələbə günündə hər birimizə o cümlədən dünyaya bəşəriyyətlə harmoniyada yaşamağı arzulayırıq... 

Dünya sənə əmanət!

 


hazırladı: Ağa Mühəmməd Aman

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə