Təqvim
Koronavirus - sağalmış pasiyentlər üçün reabilitasiya tövsiyyələri
07 may 2020 - 18:53

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova koronavirus xəstəliyindən sağalan insanların ağciyərinin fəaliyyətinin gücləndirilməsi ücün xüsusi pulmonar reabilitasiya haqqında ətraflı məlumat verib
Bütün dünyanı görünməmiş sürətlə cənginə alan yeni koronavirus COVİD-19 infeksiyası ölkəmizdə də yayılıb. Qlobal problemə çevrilən koronavirus infeksiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Dünya təcrübəsi göstərdi ki, bu virusa bütün yaşlarda olan insanlar yoluxa bilər, lakin risk qrupuna daxil olan yaşlı insanların bu virusa yoluxması ehtimalı daha yüksəkdir. Yeni koronavirus COVİD-19 infeksiyasının insan orqanizminə vurduğu zərər və fəsadlar alimlər tərəfindən araşdırılır.
COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətinin kontrolu stasionar şəraitdə aparılır. Bəs koronavirusa yoluxmuş xəstələr sağalandan sonra hansı fəsadlarlarla rastlaşırlar?Həkimlər müəyyən ediblər ki, virusdan sağalmış bəzi pasiyentlərdə ağciyərin funksiyası normadan 20-30% azala bilər. Bu da onu göstərir ki ağciyərin fəaliyyətinin gücləndirilməsi ücün sağalmış pasiyentlərə xüsusi pulmonar reabilitasiya aparılmalıdır. Reabilitasiya planı həkim tərəfindən təyin olunur.
Ev səraitində sağalmış xəstələrə diafraqmal tənəffüs texnikasını tətbiq etmək məsləhətdir. Bu tənəffüs gimnastikası ağciyərin daha tam və dolğun ventilyasiyasına kömək edir. Eyni zamanda vücud əzələlərini stabilləşdirir və fiziki dözümlülüyü artırır.
Tənəffüs texnikası belədir:
Arxası üstə uzanın, dizlərinizin və başınızın altına yastıq qoyun. Bir əlinizi sinənizə, ikinci əlinizi qarın nahiyəsinəqoyun. Burunla nəfəs alın, bu zaman havanın qarnınıza dolduğunu hiss edəcəksiniz. Ağzınızla tələsmədən 2-3 saniyə nəfəs verin, qarın əzələrininin yığılmasını hiss edin. Sinə nahiyəsində olan əliniz tənəffüs zamanı mümkün qədər hərəkətsiz qalmalıdır.
Diafraqmal tənəffüsü 5-10 dəqiqə ərzində gündə 3 dəfə təkrarlamaq lazımdır. Tənəffüs üçün nəzərdə tutulan bu idman hərəkətlərini sağlam insanlar və ağciyərin digər xəstəliklərindən sonra reabilitasiya dövründə olan pasiyentlər də tətbiq edə bilər.
Sonda qeyd edək ki, siqaret çəkənlər ağciyərə daha çox ziyan vurmamaq üçün bu vərdişi tərgitməlidirlər. Əlavə olaraq ağciyərin funksiyasını və bədən əzələlərini möhkəmləndirmək üçün üzgüçülük də tövsiyə olunur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə