Təqvim
AQTA maarifləndirir – “Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları”
06 may 2020 - 12:07

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları” haqqındadır.

Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla – həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir.

Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması, papulyozlu-pustulyozlu  zədələrlə özünü büruzə verir.

Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Qeyd edək ki, peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir.

Xəstəliyin profilaktikası və yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Həmçinin təsərrüfata yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır.

Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar edildikdə qoyun və keçilər təcrid olunmalı və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.

İnsanlar bu infeksiyaya yoluxmasalar da, xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Təsərrüfat sahibləri xəstəliyin profilaktikası və müalicəsi zamanı əlavə xərclər çəkmiş olurlar.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə