Təqvim
AQTA maarifləndirir - İmmun sistemini zəiflədən amillər
30 aprel 2020 - 21:04

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “ İmmun sistemini zəiflədən amillər ” haqqında olacaq.

Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmun sistemin zəifləməsinə səbəb olan bir sıra amillər də var:

•    Ümumi gigiyena qaydalarına əməl etməmək və ya ifrat dərəcədə əməl etmək – Əllərin, dırnaqların, dişlərin, geyim və əşyaların təmiz saxlanması gigiyenanın əsas şərtidir. Ətrafdakı bakteriyalar, viruslar orqanizmə əllər, çirkli əşyalar, yaxşı yuyulmamış ərzaqlar vasitəsilə daha çox daxil olur ki, bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Hər bir kəs şəxsi gigiyena qaydalarını vərdişə çevirməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Ətraf mühitin sterilliyi artdıqda da immun sistemin funksiyaları pozulur və avtoimmun xəstəliklərin inkişaf etmə ehtimalı yüksəlir. Hətta məişətdə ağardıcı təmizlik məhsullarının həddindən artıq istifadəsi uşaqların  immun sistemini zəiflədir və nəticədə tez-tez xəstələnmələrinə səbəb olur.

•    Xroniki xəstəliklər - Diabet, xroniki böyrək, qaraciyər və s. xəstəliklərin uzun müddət davam etməsinin immun sistemə mənfi təsiri böyükdür.

•    Xroniki stress - Davamlı stress, gərginlik orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, immun sisteminin fəaliyyətini aşağı salır.

•    Yuxusuzluq – Yuxu insan sağlamlığında, o cümlədən immun sistemin fəaliyyətində böyük rol oynayır. Yuxu rejimi pozulduqda orqanizmdə stress halında adrenalin və kortizol hormonların səviyyəsi artırır və nəticədə immun sistemi zəifləyir. Həmçinin immunizasiya aktivliyi ləngiyir ki, bu da antitellərin ifrazını və immun cavab reaksiyasının sürətini gecikdirir.

•    Siqaret və narkotik istifadəsi, alkoqolun qəbulu, az hərəkətli həyat tərzi, artıq çəki  kimi faktorlar immun sisteminin zəifləməsində aparıcı rola malikdir.

•    Şəkərdən istifadə - Həddindən artıq şəkər qəbulu immun sistemin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini azaldır.

•    Balanslaşdırılmamış və ya tək tip qidalanma - Normadan artıq, qeyri-sağlam qidalanma immun sistemin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sistemin funksiyasını azaldır və bu da bədənin xəstəliklərə qarşı müqavimətini  zəiflədir.

•    Mövsüm dəyişikliyi - Fəsil dəyişməsi immun sistemin fəaliyyətinin zəifləməsinə ciddi təsir göstərir.

•    Avtoimmun xəstəliklər (revmatoid artrit və Kron xəstəliyi) zamanı istifadə edilən dərmanlar - Avtoimmun xəstəliyi immun sisteminin komponentlərinin orqanizmin öz hüceyrələrini tanımaması nəticəsində yaranır və nəticədə kəskin allergik reaksiyalara səbəb olur. Buna görə də immun sisteminin fəaliyyətini zəiflətmək üçün istifadə olunan dərmanlar çox zaman sonradan qazanılmış immun sisteminin çatışmazlığına gətirib çıxarır.

•    İltihabi xəstəliklər zamanı istifadə olunan steroid tərkibli dərmanlar - Dərmanların yüksək dozalarda uzun müddət istifadə olunması immun sistemini zəiflədə biləcək amillərdəndir.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə