Təqvim
“Qapıda yardımı alarkən onların üzlərində utanc hiss edirəm”
28 aprel 2020 - 18:36

“Tarixdə bu günə qədər Kəbə evinin bağlanması, məscidlərimizin qapalı qalması halı olmayıb”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə REAL TV-ə müsahibəsində deyib. Şeyx bildirib ki, bu xəstəlik üçün sərhəd, millət, din fərqi yoxdur:
“Bütün dünya düçar oldu. Bu gün insaniyyət oturub düşünməlidir, bəlkə də, yaşamağın yeni bir konsepsiyasını yazmalıdır. Bu dərdi Allahla bağlayıb, onun göndərdiyini demək olmaz. İnsan nə edirsə, özü edir, yerin-göyün düzənini pozur.
Bizim üçün çox çətindir. Ancaq başqa dinlərdən fərqli olaraq məbədlərimiz pərəstiş üçün deyil ki, gedib məbəddə pərəstiş edək. Bizim ibadətlərimiz insanların qəlblərinin təmizlənməsi üçündür. Bunu evdə də etmək olur”.
Onun sözlərinə görə, qoca adamın oruc tutması bədəninə zəiflik gətirəcəksə, tuta bilməz:
“Xəstə şəxslərə oruc tutmaq olmaz. Kim sağlamdırsa, oruc tutmaq həmin şəxslərə vacibdir. Bu gün əgər bir insan oruc tutaraq xəstələnib vəfat edərsə, onda günah qazanmış olur”.
Son olaraq pandemiya zamanı edilən yardımlaşma kampaniyalarına toxunan A. Paşazadə bildirib ki, bu, müsbət hal olsa da, gizlin edilməsi daha məqsədəuyğundur:
“Müsbət haldır ki, hazırda bəzi adamlar imkansız şəxslərə köməklik edir, bunu televiziyada da göstərirlər. Amma mən şəxsən həmin insanların qapı ağzında yardımı alanda üzündə utanmaq hiss edirəm. Yaxşı olar ki, gizli saxlansın. 5 kilo nəsə verib əvəzində “çox sağ ol” gözləmək ibadətə uyğun deyil. Yenə də, başqalarına təbliğat üçün müsbət addımdır”. modern.az 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə