Təqvim
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb
27 aprel 2020 - 19:46

Aprelin 27-də Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov rəhbərlik edib.

Virtual görüşdə iki ölkə arasındakı gömrük-keçid buraxılış məntəqələrində yükdaşımaların koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar tətbiq edilən rejimə uyğunlaşdırılması, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin tənzimlənməsi, eləcə də bir sıra məsələlər müzakirə edilib.

Eyni zamanda, görüşdə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan-İran birgə müəssisəsi "AzKron" MMC-nin fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə şirkətin ünvanına gələn malların daşınması zamanı yaranan texniki məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, QHT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə