Təqvim
“Gilavar” Azərbaycan Foto Klubu "Koronavirus" adlı virtual foto sərgi hazırlayıb
22 aprel 2020 - 15:27

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə "Görünməyən qəhrəmanlar" adlandırılan bir çox peşə sahibləri kimi, KİV nümayəndələri də əzmlə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar. Pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların da xüsusi yeri var. Onlar öz sağlamlığını təhlükə altına ataraq karantin günlərində virusun yaratdığı fəsadları foto kameralarının yaddaşına həkk edə biliblər. Çünki, bu gün onların çəkdiyi fotolar, sabah üçün tarix hesab olunacaq.

Azərbaycanda foto sənətinin inkişafına töhfə verən "Gilavar" Azərbaycan Foto Klubu bu dəfə də fərqli sosial layihə ilə çıxış edib. Kreativ Azərbaycan portalının başlatdığı "Evdə qal, evdə yarat" təşəbbüsünə qoşulan foto klub "Koronavirus" adlı virtual foto sərgi hazırlayıb. Virtual sərginin yaradılmasında məqsəd həm insanların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, həmçinin fotoqrafların tarix yazdığı fotoları bir yerə toplamaqdır. Virtual sərgidə 19 fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənir.

Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:

https://www.artsteps.com/view/5e9eb4b841454a0d979dcaab

https://youtu.be/64CjX7yosoY

Qeyd edək ki, sərgidə ölkənin tanınmış fotoqraflarının - Rəşad Mehdiyev, Ramil Zeynalov, Roman İsmayılov, Zaur Mustafayev, Vüqar İbadov, Dilavər Nəcəfov, Murad Orucov, Əziz Kərimov, Rəsul Rəhimov, Aydın Məmmədov, Şahin Sərdarov, Tofiq Babayev, Famil Mahmudbəyli, Kərim Abbasov, Vəli Şükürov, İlkin Nəbiyev, Əlihüseyn Məlikov, Məhərrəm Məcidov və Şahlar Sadıqovun fotoları nümayiş olunur.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə