Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın çağırışına qoşularaq Gənclər üçün Təhsil Mərkəzi karantin qaydaları çərçivəsində qanvermə aksiyalarını davam etdirir. Belə ki Bakıda 8 aprel 2020-ci il tarixində başlanan aksiya 13 aprel tarixində Şirvan şəhərində davam etdirilmişdir.
Gənclər üçün Təhsil Mərkəzinin #EvdəQalaraqYaşat kampaniyası təkcə paytaxt Bakıda deyil, regionlarda da xeyli maraq doğurmuşdur. Karantin qaydalarını nəzərə almaqla başlanan aksiya istənilən halda Azərbaycan insanının milli birliyini nümayiş etdirdi. Sosial şəbəkələrdə müxtəlif yaş kateqoriyalarından olan insanların təbliğatının nəticəsidir ki, bu gün Mərkəzi Qan Bankının qarşısında onlarla həyatını paylaşan insan növbə alır. Vətəndaşlarımız #BizBirlikdəGüclüyük kəlməsini birmənalı olaraq əmələ çevirdi.
Aksiyamıza tez bir zamanda vətəndaş cəmiyyəti institutları, dövlət və özəl qurumların qoşulması indiki halda sayımızı xeyli artırdı. Tezliklə bu təşəbbüsün regionlarda Qan Bankında həyata keçirilməsi üçün fəaliyyətimiz davam etməkdədir. Yaxın müddət ərzində növbəti qanvermə aksiyası Quba rayonunda həyata keçiriləcəkdir.
Qeyd edək ki, Bakıda həyata keçirilən aksiya çərçivəsində Qan Donorları Assosasiyası, Şirvan şəhərində isə Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edilmişdir. Quba rayonunda təşkil olunacaq aksiyada isə “Yurd” Gənclərin İntellektual İnkişafı İctimai Birliyi ilə əməkdaşlıq ediləcəkdir.
Hər kəsi karantin qaydalarını pozmadan 1 şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsini yazıb, icazə alaraq qanvermə aksiyasına - həyat qurtarmağa dəvət edirik.
Bütün hüquqlar qorunur © 2024