"Azərişıq" və "Azərenerji" ASC-lər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qatılaraq birgə qanvermə aksiyası keçiriblər. Xəbər verir ki, qanvermə aksiyası karantim rejiminin tələblərinə uyğun olaraq xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilir və iki gün davam edəcək.
Məlumata görə, iki gün ərzində qanvermədə karantin qaydalarına uyğunluq saxlanmaq şərti ilə hər iki qurumun 2 000-dən artıq əməkdaşının iştirak edəcəyi gözlənilir.
Təşkilatçıların məlumatına əsasən, aksiyanın ilk saatlarında 500-ə yaxın adam qatılıb.
Bütün hüquqlar qorunur © 2024