Təqvim
İmmun sistemini gücləndirən qidalar
12 aprel 2020 - 14:18

Orqanizmin bakteriya və viruslara, eləcə də koronavirus (COVID-19) infeksiyasına qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.
Mikroelementlər dedikdə isə vitamin və minerallar nəzərdə tutulur, onların qida rasionunda azlığı orqanizmdə müəyyən infeksiyalara səbəb olur.
Qida Təhlükəsizliyi Agentliyinin ünvanladığı materialda mikroelementlərlə zəngin qidalar haqqında məlumat verilir və qeyd olunur ki, günlük qida rasionunda həmin məhsullardan istifadə edilməsi immun sistemini gücləndirir.
C vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;
D vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər;
A vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər;
E vitamin: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər;
B6 vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud;
B12 Vitamini: Qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıq;
Fol turşusu: Yaşıl yarpaqlı tərəvəzlər, qurudulmuş lobya və noxud, sitrus meyvə və şirələri;
Sink: Heyvan mənşəli proteinlərin tərkibində rast gəlinir. Mal və quzu əti balıqla müqayisədə daha çox sink ehtiva edir. Gərzəkli meyvələr, tam taxıl, paxlalılar və maya göbələklərin də tərkibində sink üstünlük təşkil edir.
Dəmir: Qurudulmuş lobya, quru meyvələr, yumurta (xüsusilə sarısı), yulaf, qaraciyər, qabıqlı dəniz məhsulları, quş və mal əti, qızıl balıq, tuna balığı, tam taxıllı bitkilər;
Mis: Qabıqlı dəniz məhsulları, taxıllı bitkilər, lobya, gərzəkli meyvələr (badam, fıstıq, qoz), kartof, heyvan içalatı (qaraciyər, böyrək), göyərtilər, qurudulmuş meyvələr (gavalı, qaysı), kakao, qara bibər, maya;
Selen: Bitki mənşəli məhsullar, balıq, qabıqlı dəniz məhsulları, qırmızı ət, yumurta, taxıl, toyuq əti, qaraciyər, sarımsağın tərkibində var.
Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə probiotiklər “lazımi miqdarda qəbul edildikdə orqanizmin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərən canlı mikroorqanizmlərdir”. Prebiotiklər isə bağırsaqda mövcud olan bir və ya bir neçə bakteriya növlərinin böyüməsini və ya fəaliyyətini seçici şəkildə stimullaşdıran qida maddələridir. Bunlar çiy tərəvəz və meyvə (pomidor, qulançar, giləmeyvə, sarımsaq, soğan, yaşıl tərəvəzlər, paxlalılar, həmçinin yulaf, kətan toxumu, buğda) turşu, süd və süd məhsulları (qatıq, kefir və s.) şəklində istehlak edilə bilər. Bitki mənşəli bir çox lifli məhsullar - alma, banan, portağal, çiyələk, moruq, yerkökü, kartof, çuğundur və brokoli həzm olunmadan yoğun bağırsağa keçir və bağırsaqda yaşayan mikroorqanizmlər tərəfindən həzm edilir ki, bu da dolayı yolla immun sisteminin güclənməsinə aparıb çıxarır. AZƏRTAC

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə