Təqvim
Hamiləlikdən qoruyan həblər: Hər qadın istifadə edə bilərmi?
09 aprel 2020 - 20:44

Arzuolunmaz hamiləliklərdən qorunmaq qadınlar üçün hər zaman ən aktaul problemlərdən sayılır. Bir çoxları bununla bağlı qoruyucu həblərdən istifadə edir.
Başqa metodlardan yararlananlar da var. Bəs əslində hansı metod daha uğurlu sayılır? Qadınlar nələri nəzərə almalıdırlar?
AZpress.AZ e-tibb.az-a istinadən bununla bağlı ginekoloq-cərrah Əhməd Namazovun məqaləsni təqdim edir:
Statistikaya görə, dünyada ən sıx istifadə edilən hamiləlikdən qorunma üsulu, hormonal həblərdir. Tibbi əks göstərişləri bir kənara qoyaraq "Hər qadın üçün hormonal həblər uyğundurmu?" sualına cavab vermək istəyirəm.
Məqsədimiz, qadınlarda arzuolunmayan hamiləliklərin qaşısını almaqdır. Daha bir önəmli məsələ bu arzuolunmayan hamiləliklərin sonlandırılmasına bağlı olan sosyal və tibbi problemləri önləməkdir.
Niyə hamiləlikdən qoruma üsülu seçərkən hər qadına individual yanaşılmalıdır? Bunu kiçik bir hekayə üzərindən izah edim.
Bir gün ambulatoriyada olduğum zaman 22 yaşlı bir xanım mənə müraciət etdi:
- Doktor mən hamiləlikdən qorunmaq istəyirəm,mənə hormonal həblər üçün resept yazın zəhmət olmasa.
Xanımın tibbi məlumatlarını gözdən keçirdim, görünən bu idi ki, əslində hormonal həblər üçün bir əks göstəriş yoxdur. Ancaq bir sual məni maraqlandırdı:
- Nə qədər müddətə hamiləlikdən qorunmağı planlayırsınız?
Xanım çox əminliklə cavab verdi:
- Doktor, yaxın 5 ildə qəti sürətdə hamiləlik planlamıram
Bu cavabı eşidəndə mənim növbəti sualım qaçınılmaz oldu:
- Yaxşı bəs 5 il boyunca hər gün vaxtlı-vaxtında unutmadan həb qəbul etmə iradəsini özünüzdə görürsünüzmü?
Bu sual qarşısında bir az öncə əminliklə məndən hormonal həb istəyən xanım duruxub qaldı. Bir az sonra cavab verdi:
- Doktor əslində 1 il öncə arzuolunmayan hamiləlik keçirdim və sonlandırdım. Bu məndə böyük travma yaratdı. Onda da hormonal həblərdən istifadə edirdim, bir neçə gün qəbul etməyi unutmuşdum. Siz mənə başqa nə təklif edirsiniz?
Və mən başladım spiral və digər qorunma metodlarından bəhs etməyə...
Arzuolunmayan hamiləliklər və bunlara bağlı yaranan maddi və mənəvi problemlər günümüzdə aktual problemlərdən biridir. Hamiləlikdən qorunma üsulunun maksimal effektli olması üçün qadının tibbi və qeyri-tibbi statusu nəzərə alınmalı və ona uyğun individual yanaşma tərtib edilməlidir. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə