Təqvim
Yüksək təzyiqi salmaq üçün hər gün bunları yeyin!
08 aprel 2020 - 21:24

Alimləri sübut edir ki, yüksək təzyiq insan həyatını qısaldan əsas amillərdən biridir. Yüksək təzyiq ürək və damarları vaxtından tez qocaldır, insult və infarktın riskini qat-qat artırır.
Mütəxəssislər hipetoniyadan əziyyət çəkənlərə müntəzəm olaraq təzyiqi normada saxlamağa yardım edən prepartları qəbul etməyi, duzun istehlakını azaltmağı, artıq çəkidən azad olmağı, fiziki aktivliyini artırmağı tövsiyə edirlər.
Bəzi qida məhsullarının da gündəlik istehlakı təzyiqi normada saxlamağa, ürək və damarları qorumağa yardım edir. Yüksək təzyiqdən əziyyət çəkənlərə mütəxəssislər hər gün bu kimi məhsulları yeməyi tövsiyə edirlər:
Qatıq. El arasında da qatıq təzyiq salan vasitə kimi tanınır. Bu həqiqətən belədir. Həkimlər hipertoniya xəstələrinə və həmçinin hipertoniyanın profilaktikası məqsədi ilə hər gün 1 kasa qatıq yeməyi tövsiyə edirlər.
Banan. Kaliumla zəngin olan banan təzyiqi tənzimləməyə yardım edən ən yaxşı məhsullardan biridir. Hər gün 1 orta ölçüdə banan yemək ürək-damar sisteminə çox müsbət təsir edir.
Çuğundur. Bu tərəvəzin tərkibində olan azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir. Mütəxəssislər hər gün 100-150 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.
Sarımsaq. Allisin maddəsi sayəsində sarımsaq təzyiqi salır və həmçinin damarlarda iltihabları azaldır, damarların elastikliyini artırır. Gün ərzində 1-2 diş sarımsaq yeyin. Sarımsağın təsirini artırmaq üçün onu xırda doğramaq və ya əzmək lazımdır.
Yulaf yarması. Alimlərin sözlərinə görə, bu yarmanın orqanizmə olan təsiri qanda xolesterinin səviyyəsini salan statin preparatların təsirinə oxşayır. Ateroskleroz (damarlarda xolesterinin yığılması) hipertoniya və ürək xəstəliklərinin əsas səbəbidir. Hər gün 1 kasa “herkules” sıyığı yeməyə çalışın.
Kivi damarları möhkəmləndirən C vitamini ilə xüsusilə zəngindir. Həmçinin onun tərkibində təzyiqi tənzimləməyə yardım edən lyutein də var. Gün ərzində 1-2 kivi yeyin. Saglamolun.Az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə