“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir”.
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb.
Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb.
Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir.
Ağırlaşma halları yoxdur. report
Bütün hüquqlar qorunur © 2024