Təqvim
Kalsium çatışmazlığınız varsa, BU QİDALARI yeyin
06 aprel 2020 - 13:56

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
AQTA-dan verilən məlumata görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsilə oxucuların diqqətinə çatdırılır.
Bu dəfəki maarifləndirici mövzu isə “Kalsium çatışmazlığının aradan qaldırılmasında qidalanmanın rolu” haqqında olacaq.
Kalsium elementi 20-25 yaşa kimi bədəndə toplanır, sonra bir müddət stabil hala keçir, yaşa dolduqca isə bədəndə miqdarı azalır. Qanda kalsium səviyyəsinin nəinki çatışmazlığı, artıqlığı zamanı da bir sıra problemlər yarana bilər. Kalsium çatışmazlığının hiss edilməyən, yüngül, şiddətli, hətta həyatı təhdid edəcək ölçüdə məlum olan simptomları var. Erkən diaqnoz qoyularsa, orqanizmdə kalsium çatışmazlığından yaranan problemlərin baş verməsinin qarşısı alına bilər. Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Bu elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxitlik də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.
Nəinki kalsiumun, ümumiyyətlə bütün mineral və vitaminlərin orqanizmdə çatışmazlığının qarşısını almaq üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Gün ərzində tərkibində kalsiumla zəngin qidalar qəbul etməklə orqanizm üçün zəruri olan kalsium həcmini qəbul etmiş olarıq. Belə ki, qida rasionuna mütləq süd, qatıq, kəsmik, pendir, brokkoli, kahı, kələm, paxla, mərcimək, lobya, yaşıl noxud, badam, fındıq, çia və balqabaq toxumu, küncüt kimi qidaları daxil etmək lazımdır.
Kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, D vitamini çatışmazlığı olan şəxslərin orqanizmi tərəfindən kalsium da effektli şəkildə mənimsənilmir. Buna görə kalsiumla bərabər D vitamininin də qandakı səviyyəsi nəzarətdə saxlanılmalıdır. Bundan başqa qida rasionunda normadan artıq liflə zəngin qidalara üstünlük verildikdə, həzm sistemi pozğunluqları, artıq sink və alüminium qəbulu kalsiumun orqanizmdə sovrulmasına mane olur. Yaşıl yarpaqlı tərəvəzlər və taxılın tərkibindəki oksalat və fitin turşuları kalsiumun sovrulmasına mane olduğundan, adətən, vegeterianlarda da bu elementin mənimsənilməsinə mənfi təsir edir.
Qeyd edək ki, həkim məsləhəti olmadan qida əlavəsi kimi kalsium preparatının qəbulu rasional üsul deyildir. Çünki bu məhsulların tərkibindəki kalsium duzlarının hamısı insan orqanizmi üçün eyni dərəcədə faydalı deyildir. Belə ki, kalsiumun sitrat və qlisinat duzları daha faydalıdır, həm də gündəlik normanın təyin edilməsi zamanı qida rasionu da nəzərə alınmalıdır. publika.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə