Təqvim
Koronavirus “infomediyası”: şayiələr kimə sərf edir və onlardan necə qorunmalı?
05 aprel 2020 - 18:26

“Niquşizm”dən təkcə Azərbaycan yox, Rusiya da əziyyət çəkirmiş. Koronavirus pandemiyası dünyanı ağuşuna aldığı vaxtda minlərlə Rusiya vətəndaşının telefonuna bu mesaj gəlib: “Lena, axşamınız xeyir, çox pis xəbərlərim var, özünüzü, doğmalarınızı qoruyun, hökumət real vəziyyəti gizlədir”.
Millətindən asılı olmayaraq hər kəsi qorxuya salan eyni mətn. Koronavirusu pandemiya adlandıran Ümumdünya Səhiyyə Təşkilatı belə dezinformasiyaları “infomediya” kateqoriyasına daxil edir. Yalan və şayiələr bir anın içində yayılır və insanlar heç bir rasional dəyərləndirmə aparmadan təşvişə düşürlər.
Özünüqoruma instinkti: belə şayiələrin yayılmasının başlıca səbəbi budur. Şayiələrin xüsusilə ana olan xanımlar (təhlükəyə qarşı daha həssas qrup) tərəfindən sürətlə yayılması və mənimsənilməsi təsadüfi deyil. Xatırlayırsınızsa, Azərbaycanda şayiələr əsasən sosial şəbəkələrdə valideyn qruplarında ildırım sürəti ilə yayılırdı.
Başqalarını inandırmaq ehtiyacı: feyk informasiyaların insanların bir-birinə sürətlə ötürməsi öz qorxularını başqalarına da ötürmək ehtiyacından qaynaqlanır. Bu, həm yaxınlarını, dostlarını xəbərdar etmək, həm də təhlükəyə qarşı “həmrəy” olmaq istəyidir. Onlar “xoşniyyətlidir”, buna görə də feyk informasiyanın tirajlanmasında bilmədən əsas vasitəçiyə çevrilirlər.
“İnfomediya”dan qazananlar: adətən kütləvi təşvişi məntiqi nəticələri olur. Misal üçün, hansısa məhsulu kütləvi şəkildə almaq, yaxud nəyə kütləvi təlabatın yaranması və s. Kim qazanırsa, feyk informasiyaların dövriyyəyə buraxılmasında onların rolu var. İnsanların ehtiyat qida toplaması bunun ən bariz nümunələrindəndir. Dünyada koronavirusla bağlı yaranmış böyük təşvişi analiz edəndə bunun bir ölkəyə, bir cəmiyyətə aid olmadığı məlum olur. Deməli, feyk informasiyaların peyda olması bir ölkənin, yaxud həmin ölkədə qazanmaq istəyənlərin yox, daha qlobal şəbəkələrin işidir. Eyni məzmunda informasiya Azərbaycanda olduğu kimi, Rusiyada da peyda olursa, yaxud Türkiyədə və Avropa ölkələrində də başqa formada meydana gəlirsə və nəticələr bütün ölkələrdə eynidirsə, (kütləvi tələbatdan tutmuş insanların bir-birinə qarşı münasibətinin dəyişməsi) “infomediya”nın kökünü daha dərinlərdə axtarmaq lazımdır.
Bu qarmaqarışıq informasiya axınında hər kəsin üzərinə məsuliyyət düşür:
KİV belə məqamlarda maarifləndirmə prinsipinə xüsusi əməl etməli, cəmiyyətdə təşviş və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidir;
Dövlət informasiya təhlükəsizliyinin təmin edilməsində daha sərt qaydalar seçməli, qanunvericiliyin tələbinə uyğun addımlar atmalıdır;
Sosial şəbəkə istifadəçiləri empati qurmağı bacarmalı, nəzərə almalıdırlar ki, istənilən feyk informasiya həm də doğmalarımızın təşvişə düşməsinə, narahat olmasına səbəb olur;
Feyk informasiyanın hədəfi olan vətəndaşlar məlumatı təşvişə qəbul etmək əvəzinə daha rasional davrana və analiz edə bilərlər:
1. İnformasiya mənbəyi: Müxtəlif sosial şəbəkə vasitələri ilə yayılan informasiyanı ilk öncə etibarlı mənbələrdən dəqiqləşdirmək lazımdır. Buna informasiya gigiyenası deyilir. Əgər “Niquşlar” “Azərbaycanda koronavirusdan ölənlər” haqda danışırsa, buna inanmaq və yaymaqdan öncə, Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın, yaxud digər etibarlı mənbələrin məlumatları ilə müqayisə etmək daha məntiqlidir. Hər kəsdən öncə özünüzün informasiya gigiyenanıza riayət edin;
2. Ağılla analiz: informasiyanın kimlər, yaxud hansı media tərəfindən yayıldığına diqqət edin, rəsmi məlumatlarla nə qədər üst-üstə düşdüyünü, yaxud yaxından-uzaqdan əlaqəsinin olub-olmadığını yoxlayın. Buna paralel olaraq, digər ölkələrdəki vəziyyəti, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və yaşadığınız ölkənin həmin tövsiyələrə necə əməl etməsini analiz edin. Əmin olun ki, daha etibarlı informasiya əldə edə biləcəksiniz;
3. Emosiyaların analizi: mənbəyi məlum olmayan hansısa səs yazısı, yaxud videomaterialla qarşılaşdığınızda danışanın, yaxud görüntüləri yayılanın emosiyalarına diqqət edin. Misal üçün, kimsə sizi “xəbərdar” edirsə, onun səsindəki təlaşa qulaq asın. Adətən yüksək emosiyalar qorxu, yaxud qəzəbin nəticəsidir və bu emosiyalarla verilən informasiya heç vaxt tam dəqiq ola bilməz. İnformasiya verən ya qorxu altında feyk məlumatına yayılmasında vasitəçi olur, ya da nədənsə qəzəblənərək, bunu məqsədli şəkildə edir.
Bütün hallarda telefonunuza haradan gəlib düşdüyünü bilmədiyiniz informasiyaları dəqiqləşdirin, əks təqdirdə ya feyk məlumatın ötürücüsü, ya da “infomediya”dan qazananların qurbanı olacaqsınız...
publika.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə