Təqvim
Özbəkistanda Azərbaycan Səfirliyindən nəcib aksiya: bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərildi.
03 aprel 2020 - 19:37

Hazırda dünyada və Azərbaycanda yaranmış koronavirus epidemiyası ilə əlaqədar xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı Azərbaycan dövləti tərəfindən ciddi iş aparılır.
Epidemiyanın gücləndiyi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistanda da bir çox Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması qeyri-mümkün olmuşdur.
Yaranmış vəziyyətlə əlaqədar Özbəkistanda Səfir Hüseyn Quliyev tərəfindən Xüsusi Komissiya yaradılmış, Özbəkistanda qalmış Azərbaycan vətəndaşlarına dair ilkin araşdırma aparılmışdır.
Məlum olmuşdur ki, Özbəkistan Respublikasına müvəqqəti və iş məqsədi ilə gələn 100-dən çox Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində yaşayırlar və onların siyahıyaalınması aparılmış, yerləşmə, əlaqə ünvanları və başqa məlumatlar dəqiqləşdirilmişdir.
Qeyd edək ki, bir sıra vətəndaşlarımız maddi vəziyyətlərində çətinliyin yaranması, vəsaitlərinin bitməsi səbəbindən müvəqqəti yaşadıqları otellərdən çıxmaq məcburiyyətinin olması barədə Səfirliyimizə telefon edərək bildirmiş və Azərbaycan dövlətindən kömək istəmişlər.
Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən mövcud vəziyyəti, xarici ölkələrdə təxliyyə ediləsi çoxsaylı vətəndaşlarımızın olması, habelə ölkəmizə qayıdarkən onların xüsusi karantin rejimində saxlanılması məsələsini və Azərbaycan dövlətinin vətəndaşlarımızın müvəqqəti yaşadıqları xarici ölkələrdə qalaraq, onların qorunması, karantin qaydalarına əməl etməsi barədə tövsiyələri Özbəkistandakı qalan vətəndaşlarımıza çatdırılıb.
Dövlətimizi bu çətin vəziyyətdə əlavə yükdən xilas edilməsi üçün Səfirliyimiz nəcib bir aksiyaya start verib. Belə ki, Səfirliyimiz tərəfindən Özbəkistanda əlacsız qalan vətəndaşlarımıza yardım məqsədi ilə xüsusi Fond yaradılmış və bu fonda Səfirliyimizin diplomatları, onun nəzdindəki Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə vermişlər.
İlkin olaraq toplanan vəsait əsasında maddi vəziyyəti olduqca çətin, ailəli, uşaqlı şəxslərə pul vəsaiti lə yardım edilmiş, dövlətimizin onlarla birlikdə olduğu, vətəndaşlarımızın xarici ölkələrdən təxliyyəsi ilə bağlı görülən işlər, ölkəmizdə bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə onlara məlumat verilib.
Səfirliyimizin tövsiyəsi ilə otellərdə yaşayan bir sıra vətəndaşlarımız gündəlik ucuz qiymətli evlərə çıxmış və onlar Səfirliyimizin Konsulluq xidmətində müvəqqəti qeydiyyata düşmüşlər.
Azərbaycan Səfirliyinin bu yardımını yüksək qiymətləndirən vətəndaşlarımız dövlətimizə öz təşəkkürlərini bildirmiş, təşəbbüs ictimaiyyət tərəfindən yüksək qarşılanıb.
Vətəndaşlarımız daimi olaraq Səfirliyimizlə əlaqədədirlər və onlar diplomatik nümayəndəliyimizin diqqət və qayğısı ilə əhatə olunurlar.  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə