Təqvim
"Qaydalara ailəmlə birlikdə əməl edirik" - Xalq artisti
01 aprel 2020 - 16:21

"Çörək almağa getmək olar. Amma şəhərə çıxıb Tarqovuda gəzməyin nə mənası var?"
Azərbaycanda Koronavirus infeksiyası ilə bağlı həyəcan təbili çalınıb. Bu gündən etibarən zəruri hallar istisna olmaqla əhalinin evdən çıxması məhdudlaşdırılıb. Azərbaycan da daxil olmaqla dünyada 170 ölkə koronavius pandemiyasından əziyyət çəkir. Ən qorxulusu isə elmin minlərlə ölümə səbəb olan virus qarşısında çarəsiz qalmağıdır.

Hazırda ən kritik vəziyyətdə olan ölkə İtaliyadır. İtaliyan mediasının açıqlamasına görə hətta ölkədə ölənlər üçün tabut belə tapılmır. Əlbəttə ölkəmizdə də, yoluxanların və ölənlərin sayı getdikcə artmaqdadır. Kritik günlərdə ən böyük vəzifə vətəndaşların üzərinə düşür. Beləki, əhali dövlətin qəbul etdiyi qərarlara riayət etməklə xəstəliyin ciddiyətinə varmalıdır. Hələ də koronavius pandemiyasına qarşı laqeyd yanaşanlar az deyil. Amma dərk etmirlər ki, yol verdikləri hər qayda pozuntusu həyatlarına son verə bilər. Koronavius infeksiyasına qarşı aparılan mübarizədə biz media mənsublarının da rolu danılmazdır. Hər birimiz xalqın maariflənməsi, xəstəliyin təhlükəsini başa düşərək sağlamlıqlarını qoruması üçün əlimizdən gələni edirik. Dövlətin qərarları ilə yanaşı həm də xalqın sevdiyi , güvəndiyi ziyalıların, incəsənət xadimlərinin müraciətlərini də işıqlandırmağa çalışırıq.
Bu gün də sevilən aktyor, Xalq artisti İlham Namiq Kamalla həmsöhbətimiz oldu:
-Koronavirus təhlükəsi ilə bağlı millətimizə çağırışınız...

- Azərbaycan xalqı çox çətinliklərlə üzləşib. Amma həmişə də alnı açıq şəkildə öhdəsindən gəlmişik. Tək bizim ölkədə deyil, bütün dünyada yayılmış xəstəlikdir. Başda prezidentimiz olmaqla dövlətimiz təxirəsalınmaz tədbirlər görməklə yanaşı, həm də qanunlara riayət edir.
-Nə tövsiyə edirsiniz?
-İnsanlarla təmasda olmayaq, evdə oturaq. Həm də evdə oturanda ailədə də mehribançılıq yaranır. Uşaqları ilə daha çox vaxt keçirərlər. Düşünürəm ki, çətin vəziyyəti yalnız ağılımızla, qaydalara riayət etməklə ram edə bilərik. Hörmətli tamaşaçılarımızdan, sevimli xalqımızdan xahiş edirəm ki, evdə otursunlar. Bir birlərilə xoş söhbət etsinlər.
-Onsuzda evdən çıxmaq məhdudlaşdırıldı...
-Bəli, həmdəki lazım deyil küçəyə çıxmaq. Axı gəzməyin nə mənası var? Elə evdə oturun. Bununla da mütaliə edib, övladları ilə vaxt keçirə bilərlər. Yaşlılar nəvələrinə zaman ayırar. Mənə elə gəlir bu imtahandır. Millətimiz də alnı açıq şəkildə çıxacaq.
-Sizcə bütün vətəndaşlar xəstəliyin ciddiyətini dərk edəcəkmi?
- İnanıram, çünki müdrik, dünya görmüş millətik. Hamı qanunlara əməl edəcək. Tezliklə bu xəstəliyi dəf edəcəklər. Dünya bəlası olan oronavirus xəstəliyindən qurtulacağıq.
- Həddindən artıq təşvişə düşənlərə nə məsələhət görürsünüz?
- Düşünürəm ki, panikaya ehtiyac yoxdur. Qorxu nəyə lazımdır? Rahat şəkildə qanunlara əməl edərək öhdəsindən gələ bilərik.
-"Evdə qal" artıq kampaniya deyil, qanuna çevrildi...
- Məsələn, çörək almağa getmək olar. Amma şəhərə çıxıb Tarqovuda gəzməyin nə mənası var? Dövlət deyir ki, bulvara , parklara getmək olmaz. Əməl etməlidirlər. Kifayət qədər həmin yerləri gəzmişik. İndi isə riayət edib, evinizdə oturun. Həyat yoldaşınızla vaxt keçirin. Çoxları o qədər işlə məşğul olurdu ki, hətta ömür-gün yoldaşlarını da görmürdülər. İndi evdə qalsınlar. Ailə üzvləri ilə söhbət etsinlər. Əsas, mehribançılıq yaratsınlar. Belə olduğu halda heç bir panikaya ehtiyac yoxdur.
-Siz qəbul olunan qanunlara əməl edirsinizmi?
-Bəli, yaş həddimi də bilirəm. Ona görə 65 yaşdan yuxarı şəxslər üçün qərar qəbul olunduğu gündən riayət etmişəm. Qaydalara ailəmlə birlikdə əməl edirik. Heç bir problem olmayıb.
- Evdə məşğuliyyətləriniz nələrdir ?
- Əlbəttə, internet , kompüter və televizor var. Onlarla məşğul oluruq. Böyük kitabxanam var. Evdə oturan insanlar bu şəkildə vaxt keçirsələr yaxşı olar. sherg.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə