Təqvim
“Koronavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi...
21 mart 2020 - 21:08

 Məlumunuzdur ki, dünyanı təsiri altına alan “koronavirus” (covid-19) Çində ortaya çıxdıqdan sonra bütün dünyaya yayıldı. Minlərlə can alan Koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq elan edildi. Bu virus barəsində “Qida Təhlükəsizliyi Hərəkatı”nın həmtəsisçiləri, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və icraçı direktoru, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın müəllifliyi ilə 2018-ci ildə nəşr olunmuş “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” kitabında məlumat verilmişdi. Kitabda virusla bağlı qeyd edilən paraqrafı olduğu kimi diqqətinizə çatdırırıq. (Səh. 289-291)
XIII FƏSİL
Rokfellerdən yeni öldürücü hücum
Çoxsaylı məqalə və çıxışlarda dilə gətirdiklərimiz, çoxları tərəfindən bir “sui-qəsd nəzəriyyəsi” hesab edilir. Dünyanın ən zəngin Sionist ailələrindən biri olan Rokfeller Ailəsinə aid Rokefeller Vəqfi 1 İyun 2010-cu ildə göstərdiyi hesabatda (www.rockefellerfoundation.org/uploads/files/bba493f7-cc97-4da3-add6-3deb007cc719.pdf), qlobal güclərin planladıqları sui-qəsdə aid məlumatları belə yayımlamaqdan çəkinmədiklərini göstərməsi son dərəcə mənalıdır. “Scenarios for the Future of Technology and International Development” başlıqlı hesabatda yazılanlar belə, bəşəriyyətin necə çirkli düşüncə və hərəkətlə qarşı-qarşıya qaldığını göstərməsi kifayətdir. Hesabatın giriş hissəsini qələmə alan Rokefeller Vəqfinin rəhbəri Jüdix Rodinə (Judith Rodin) görə bu hesabat, “faktlar üzərində qurulmuş, gələcəyə dair detallı izahatlardan yaranır. Rodin, bu ssenarilər üzərində gələcəkdə bəşəriyyəti gözləyən, baş verəcək böhran nöqtələrini müəyyənləşdirib, onlara hazırlıqlı olmaq istədiklərini ifadə edib. Nəticədə vəqfin humanitar yardım üçün fəaliyyət göstərdiyini və mövcud imkanlarını bəşəriyyətə faydalı istifadə etmək fikirlərini müdafiə edir. Necə də məsum görünür, elə deyilmi? Həqiqətən sionistlər və kapitalistlər bəşəriyyətin gələcəyi mövzusunda nə vaxtdan belə həssas yanaşır? Əslində ssenari dedikləri bu çirkli planların göstərildiyi hesabatda “böyük bir fəlakət”dən danışılır. Görəsən, Rokfelleri narahat edən bu fəlakət nə ola bilər?
Hesabatdakı ssenariyə görə, dünya H1N1 virusundan daha təhlükəli bir virusla qarşı-qarşıyadır. Zərərli qazlardan yoluxan bu virus, ən hazırlıqlı olan ölkələri belə diz çökdürəcək. Alınan heç bir tədbir də virusun yayılmasına mane ola bilməyəcək. Hal-hazırda dünya əhalisinin beşdə biri bu virusa yoluxub. Yalnız 7 ay müddətində 8 milyondan çox insan bu virusdan həyatını itirəcək. Virus ən çox Afrika, Cənub-şərqi Asiya və Orta Amerikada təsir edəcəkdir. Ölənlərin çoxu gənclərdən olacaqdır. Çin və bu kimi ölkələr yüngül yaralarla xilas olacaqdır. Çünki despotik Çin rəhbərliyi, bunun üçün özünəməxsus karantinlər tətbiq edəcəkdir. Milli liderlər xəstəliklə mübarizə etmək üçün daha avtaritar davranmağa başlayacaqdır. Xəstəlik keçdikdən sonra da, əllərindəki bu güclənmiş iqtidarı könüllü olaraq tərk etməyəcəklər. Bu yenilənmiş gücə görə texnologiyanın inkişafı da ləngiyəcəkdir. İnkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan ölkələrə doğru keçən texnologiya, yenidən inkişaf etmiş ölkələrin əlinə keçəcəkdir.
Bizim keçmiş zamanda qeyd etdiyimiz bu hadisə, əslində heç də yad olmadığımız, bildiyimiz ssenarilərdən biridir. Bu hesabatı maraqlı edən, bunun düşüncəsizcə əvvəldən elan edilməsidir. Çünki keçmiş planlarda bunlar tamamilə gizlədilir, ancaq gizli sirlər aşkar olduqda danışılır, sonra da hamı buna “sui-qəsd nəzəriyyəsi” deyir. Ancaq bu plan bizə “donuz qripi uğursuzluğu” yaşayan qlobal güclərin strategiya dəyişikliyi etdiyini göstərir. Bu dəfə, sui-qəsd nəzəriyyəsi deməyimizi tələb edən bir vəziyyət olmayacaq, çünki Rokfeller Vəqfi kimi, “insanların rifahı üçün çalışan” bir vəqf indidən xəbərdarlıq edir!
Bu hesabatda iddia edilən pandemi yəni, epidemiya xəstəliyi səbəbindən texnologiyanın istifadə olunacağı sahələr də müəyyənləşdirilib:
Hava limanları və digər ictimai sahələrdə inkişaf etmiş MRI cihazları yerləşdiriləcək. Bu cihazlar sayəsində izdiham içində “anormal davranışlı”şəxslər asanlıqla müəyyən ediləcək.
Yoluxucu xəstəliklərin erkən aşkarlanması üçün yeni nəzarət cihazları hazırlanacaq. Xüsusilə, xəstəxanalar və həbsxanalardan çıxan insanlar üçün bu nəzarətlər zəruri olacaq.
Səyahət üçün qadağalar hazırlanacaq, tele-konfrans və ünsiyyət texnologiyaları daha ucuz olacaqdır.
Mühafizə və milli təhlükəsizlik qaydalarına görə hər xalq müstəqil bir informasiya şəbəkəsi quracaq. Çin səddi kimi özünün “www” hissələrindən ibarət olan təhlükəsizlik “divarlarını” tikəcək.
Ssenari sanki elmi bir fantastik filmin ssenarisinə bənzəyir? Təqdim edilən məlumatlar donuz qripi məlumatlarından daha təhlükəli deyilmi? Bu hesabatla əlaqədar www.iyibilgi.com-da çıxan bir analizdə bu vəziyyət, “utopiya” deyil, tərsinə bir “distopya” olaraq ələ alınmışdı. Dünyanın bu səbəbdən bəşəriyyətin gələcəyini formalaşdırmağa çalışan bu layihələr, heç də yad olduğumuz şeylər deyil. Ancaq açıqlanılan hissəsi bu qədərdirsə, problem bu dəfə daha dəhşətli ola bilər. Çünki hesabatda davamlı olaraq bəşəriyyətin xeyri üçün təqdim edilən GDO-nun zərərli ola biləcəyindən də bəhs edilir.
Gələcəkdə yeni bir xakerlik sahəsi yaranacaq. Bunu isə transmilli, böyük şirkətlərdə çalışmış afrikalı alimlər edəcəkdir. Şirkətlərindən ayrılıb, ölkələrinə geri dönən bu “qaçaq” alimlərin hazırladıqları yeni nəsil GDO-lar, məhsuldarlıq baxımından çox zəngin olacaq və beləliklə, dünyada aclıq çəkən Asiya kimi qitələrə qanunsuz yollarla idxal ediləcək. GDO istehsalı texnikaları daha da sadələşəcək və insanlar kiçik laboratoriyalar quraraq, qarajlarında belə orqanizmlərin genini dəyişdirə biləcəklər. Bir neçə transmilli şirkətin nəzarətində olan zəhərli GDO-lar, hər kəs tərəfindən çıxarıla biləcək! Adı çəkilən analizdə göstərildiyi kimi, yaxınlaşan təhlükə “ev işi GDO” dövrü, bəşəriyyətin bəlası GDO oyuncağının əllərindən alınmasıdır. Görünür ki, qoyun can dərdində, qəssab isə piy axtarır. Bəziləri isə gözümüzün qarşısında baş verənlərə, diqqətsizlikdən qaynaqlanan məlumatsızlıq, məlumatsızlıqdan qaynaqlanan diqqətsizlikdən “sui-qəsd nəzəriyyəsi” deyərək qulaqlarını bağlamağa çalışır. Bu qulaq ardına vurmaq təhlükəni ortadan qaldırmır, əksinə böyüdür.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə