Dünya üzrə indiyədə kornavirusa 246 min 275 nəfər yoluxub. Asiyada formalaşan pandemiya sürətlə Avropa ölkələrinə inteqrasiya edib.
Maraqlıdır, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın hazırda ümumi vəziyyəti necədir? Təxliyyə olunmaq üçün müraciət edilirmi?
Fransadakı mövcud durumla bağlı danışan Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Toğrul Zeynalov deyir ki, burda azərbaycanlı tələbələr hazırki vəziyyətdən çox narahatdır:
“Bütün Fransa karantin vəziyyətindədir. Getdikcə bu hal daha da geniş tətbiq edilir. Bəzi şəhərlərdə dezinfeksiya işləri gedəcək deyə, hətta evlərin pəncərəsini belə açmağa imkan vermirlər. Səfirliyin konsulluq şöbəsinə azərbaycanlı tələbələrin təxliyyə edilməsi ilə bağlı müraciətlər daxil olur. Bizə müraciət bəzi tələbələrimiz mövcud durumla əlaqədar çox narahatdır. Tələbələrin əksəriyyəti qeydiyyata düşmək istəyirdilər. Bütün tələbələrin əlaqə vasitələri, ünvanlarını götürmüşük ki, təcili vəziyyətdə əlaqə qura bilək. Nantes şəhərində bizim Qarabağ məktəbimiz var, hər il Novruz bayramında orda tədbirlər keçirirdik. Amma hazırki durumda bu qeyri-mümkündür. Sadəcə telefon vasitəsi ilə bayram təbriki edib, hal-əhval tutmalı olduq”.
Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov İspaniyada yaşayan azərbaycanlılarda virusa yoluxma halının olmadığını bildirərək, təxliyyə üçün ardıcıl olaraq müraciətlərin daxil olduğunu deyib:
“İspaniyada ölənlərin sayı 1,002-ə çatıb. Yalnız ötən gün ərzində 235 nəfər virus səbəbi ilə dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyinin son statistikasına görə ölkə daxilində 19 980 nəfər Covid-19 virusuna yoluxub. Epidemiya hallarının üçdə birindən çoxu Madriddədir. Azərbaycanlıların arasında heç bir yoluxma halı qeydə alınmayıb. Təxliyyə məsələsi ilə bağlı hal-hazırda da müraciətlər qəbul olunur. Hər il olduğu kimi bu ildə Novruzla bağlı tədbirimiz olmalıydı. Amma çox təəssüflər olsun ki, mövcud vəziyyətlə əlaqədar insanların bir araya toplaşması, ümumiyyətlə vacib hal olmazsa evdən çıxması belə qadağan olunub. Ona görə ümid edək tezliklə bu günlər arxada qalar və növbəti il Novruz bayramını daha geniş şəkildə qeyd edərik”. Modern.az
Bütün hüquqlar qorunur © 2024