Təqvim
Diaspor rəhbəri Ukraynadan təxliyyə olunmasını istəyən azərbaycanlıların sayını AÇIQLADI
21 mart 2020 - 20:51

Koronavirusun əhatə dairəsi günü-gündən artır, ölkələr karantin rejimi elan edir. Qonşu ölkələrə uçuşları ləğv edən və azərbaycanlıların geniş müstəvidə yaşadığı ölkələrdən biri də Ukraynadır. Elə məhz bu səbəbdən Ukraynada mövcud vəziyyəti öyrənməyə və azərbaycanlıların təxliyəsi ilə bağlı məsələnin nə yerdə olduğunu aydınlaşdırmağa çalışdıq.
Ukraynadakı mövcud vəziyyətlə bağlı  danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ölkədə karantin rejiminin geniş tətbiq edildiyini bildirərək, azərbaycanlıların davamlı olaraq təxliyə üçün müraciət etdiyini deyir:
“Ukraynada karantin rejimi günü-gündən daha geniş tətbiq edilir. Bütün aviareyslər təxirə salınıb, iaşə obyektləri fəaliyyətini dayandırıb. Bildiyim qədəri ilə Bakıda bu cür iaşə obyektləri 21:00-adək fəaliyyət göstərir amma bizdə ümumiyyətlə belə yerlər bağlıdır. Metrolar fəaliyyətini dayandırıb, avtobuslara isə 10 nəfərdən artıq insan buraxılmır. Mağazalarda qida yetərincə olsa da apteklərdə maska, antiseptik əlcək çatışmazlığı var. İnternet üzərindən bu kimi vasitələri satırlar amma onların da qiyməti çox bahadır. Təxliyə üçün 330-a yaxın azərbaycanlı konsulluğa müraciət edib. Təxliyə məsələsində öncəlik əvvəlcədən bileti olan amma uçuşları təxirə salınan insanlara veriləcək. Yataqxanalarda qalan azərbaycanlı tələbələrlə də əlaqə saxlayırıq. Onların da təxliyyəsi baş tutacaq. Ölkədə virusa yoluxanların adları gizli saxlanılır amma bildiyimiz qədəri ilə onların arasında azərbaycanlı yoxdur”.
Hikmət Cavadov bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukraynada qalan tələbələrin sayını öyrənmək və onlarla daimi əlaqə qurmaq üçün Operativ qərargah yaradıb:
“Qərargaha Ukraynada çalışan azərbaycanlı həkimlər, iş adamları və fəal gənclər daxildir. Operativ qərargahın üzvləri, Kiyevin müxtəlif tələbə yataqxanalarında yaşayan azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Hazırda Ukraynada qalan azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi, eləcə də bütün tələbələrlə sıx əlaqə üçün qaynar xətt də yaradılıb. Ukraynanın bölgələrində də operativ qərargahlar yaradılır və bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı, müxtəlif səbəblərdən Ukraynanı tərk edə biməyən bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə