Sosial şəbəkələrdə evə təcili tibbi yardım briqadası çağırmaqla, koronavirus testi etdirməyin mümkünlüyü barədə məlumat yayılıb.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) “1542” nömrəli “Çağrı” Mərkəzinin əməkdaşı Azad Salmanov faktı təsdiqləyib:
“Doğrudur. Bizə verilən məlumatda bildirilib ki, təcili tibbi yardımın “103” xidməti evdə analiz götürə bilər. Şəxsin özündə hansısa simptom hiss edib-etməməsindən asılı olmayaraq, bununla bağlı “103”ə müraciət edə bilər”.
A.Salmanov qeyd edib ki, analizin cavabları dərhal bildirilməyəcək:
“Götürülən analizlər laboratoriya şəraitində test edildikdən sonra vətəndaşa məlumat veriləcək”.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ətraflı məlumat veriləcəyini açıqlayıb.
Bütün hüquqlar qorunur © 2024