Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə karantindədir.
Bu barədə Paşinyan Feysbukda canlı yayım zamanı bildirib.
Erməni baş nazir hazırda Sevan rayonundakı (Göyçə mahalı) qərargahındadır. O və həyat yoldaşı həkim müayinəsindən keçəcək. Məlumata görə, Paşinyanın həyat yoldaşı ötən həftə Braziliya prezidentinin xanımı ilə görüşdən sonra onların koronavirusa yoluxma şübhəsi yaranıb.
Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 15-ə çatıb.
Bütün hüquqlar qorunur © 2024