İstanbulda “XOCALI TARİXİN QAN YADDAŞI” adlı layihə baş tutub
24.02.2020 Türkiyə / İstanbul
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində "EMEDIA GROUP" Media təşkilatı olaraq Xocalı soyqırımının 28-ci il dönümü ilə əlaqədar Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımı mövzusunda peşəkar rəssamların əsərlərindən ibarət İstanbulda Gültəpə Mədəniyyət Mərkəzində baş tutan "XOCALI TARİXİN QAN YADDAŞI" rəsm sərgisi və Azərbaycan Türkiyə Vizyon Teatrının Xocalı hadisələrinə həsr olunmuş Cəhənnəmdə 8 gün adlı tamaşa baş tutub.
İstanbul Kağıthane Bələdiyyə başçısı Mevlüt Öztekin və Azərbaycanın İstanbuldakı konsulluğunun səlahiyyətli nümayəndəsi Ramiz Hacızadə sərgi ilə yaxından tanış oldular.
Saat 13:00 dan start verilən sərginin açılış mərasimində rəsmi şəxslər, diplomatlar, KİV nümayəndələri iştirak ediblər və Saat 20:00 da "Cəhənnəmdə 8 gün" tamaşasının təqdimatı baş tutub. Tamaşadan öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı qətliamının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
"EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev çıxışında
bütün aktyorları təbrik edərək uğurlar arzuladı.
Sonda “EMEDIA GROUP” un Xacalı soyqırımının 28-ci il dönümünə hazırlanmış xüsusi hədiyyələr təqdim edildi.
Bütün hüquqlar qorunur © 2025