Təqvim
Putin-Ərdoğan razılaşmasının şifrələri 10 MADDƏDƏ - Mövqelər necə dəyişdi?
09 mart 2020 - 16:01

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Moskva görüşündə İdliblə bağlı atəşkəs razılaşması əldə edildi.
Publika.az xəbər verir ki, “Hüriyyet” qəzetinin yazarı Sedat Ergin razılaşmanın detallarını yazıb.
“10 maddədə 5 mart razılaşmasının şifrələri” adlı məqaləsində S.Ergin qeyd edir ki, hər iki lider böhranın təhlükəli olduğunu anlayır və buna görə də razılaşma əldə edərək, gərginliyi azaltdılar.
İdlibdə hərbi vəziyyət bitdi: Türkiyə və Rusiya arasında 2018-ci ilin 17 sentyabrında imzalanan Soçi razılaşması ilə İdlibdə yaranmış sabit vəziyyət Əsəd rejiminin ötən ilin may ayından etibarən rusların havadan dəstəyi ilə hücuma keçməsindən sonra pozulmuşdu. Rejim fevral ayının ikinci yarısında İdlibin cənubundan şərq-qərb istiqamətində uzanan M-4 magistral yoluna doğru irəlilədi. Nəticədə İdlibin yarısından çoxu müxalifətdən rejimə keçdi. 5 mart razılaşmasında bu öz əksini tapıb. Xüsusilə M-5 yolu ətrafındakı vəziyyət göstərir ki, Soçi razılaşmasına qayıtmaq çətin olacaq.
İdlibdə yeni vəziyyət yarandı: Razılaşmadan sonra bölgədə yeni vəziyyət yaranıb. Nəticədə, böyük qarşıdurmalardan sonra İdlibin şərq bölgəsi və cənubu Əsəd rejimin nəzarətində qaldı, M-4 yolunun şimalında və M-5 yolunun qərbindəki böyük ərazi isə müxalifətlə birlikdə Türkiyənin nəzarətinə keçdi. Bu, Türkiyəyə İdlibin şimalında, sərhədlərinə bitişik olan ərazilərdə “təhlükəsiz bölgə” yaratmaq imkanı verir.
Təmas xətti hara olacaq?: Bura, M-5 magistral yolunun qərbində şimaldakı nöqtədən Serakibə qədərki 50 kilometrlik xətt, bütövlükdə Serabik bölgəsi daxildir.
Mövqelər necə dəyişdi?: Ən önəmli məqam Serabikdən qərbə, Lazkiyəyə doğru uzanan 55 kilometr məsafədə M-4 yolunun üzərində qurulacaq “təhlükəsiz bölgə”dir. M-4 yolunun hər iki tərəfindəki 6 kilometrlik məsafəyə ağır silahlar daxil edilməyəcək. Türkiyə fevral ayında M-4 yolunun həm şimalında, həm də cənubunda yeni mövqelər qurmuşdu, razılaşmalardan belə anlaşılır ki, həmin mövqelərin yeri dəyişdiriləcək.
Rejim M-4-ün üstünə çıxmayacaq: Təmas xəttində türk və rus əsgərlər birgə patrul həyata keçirəcəklər. Razılaşmaya görə, Əsəd rejimi M-4 yolundan sivil məqsədlər üçün istifadə edə biləcək. Beləliklə, rejimin Hələbin Aralıq dənizi sahilindəki Lazkiyəyə bağlantısı təmin olunacaq. Lakin bu razılaşmada Əsəd rejiminin cənubdan M-4 magistral yoluna çıxışının qarşısı alınacaq. Beləliklə, bu magistral yolun üzərində nəzarət Türkiyə və Rusiyaya məxsus olacaq.
İdlibin mərkəzi müxalifətdə qaldı: İdlib şəhər mərkəzi M-4 yolunun 6-7 kilometr şimalındadır. Şəhər mərkəzi müxalifətin əlində qalacaq, beləliklə, Əsəd rejiminin mərkəzi almaq niyyəti baş tutmadı.
HTŞ problemi qalmaqdadır: BMT-nin terrorçu olaraq tanıdığı “Heyət Tahrir əş Şam” (HTŞ) M-4 yolunun şimalında müxalif bölgənin bir hissəsinə nəzarət edir. İdlib HTŞ-nin ən vacib güc mərkəzlərindən biridir. Razılaşmada “BMT-nin terrorçu olaraq tanıdığı bütün qruplaşmaların aradan qaldırılması” maddəsinə uyğun olaraq, Rusiya Türkiyə ordusunun nəzarət edəcəyi bölgədə HTŞ-ni vurmaq haqqı əldə edir. Dolayısı ilə yeni razılaşmada “yumşaq qarın” yenə HTŞ-dir.
Türkiyə HTŞ-yə necə nəzarət edəcək?: Ərdoğan dünən verdiyi açıqlamada bildirdi ki, “İdlibə göndərilən əlavə qüvvələr rejimin hücumlarının qarşısını almaqla yanaşı, atəşkəsə riayət etməyən digər qruplara da nəzarət edəcək”. Bundan sonra İdlibdə HTŞ-yə nəzarət ən önəmli məsələlərdən biridir.
Rusiyanın mülki hədəfləri vurmamaq öhdəliyi: Türkiyənin HTŞ ilə bağlı öhdəlik götürdüyü kimi, Rusiya da mülki hədəfləri heç bir halda vurmamaq öhdəliyini götürdü.
Putin Əsədlə dialoq məsələsində israr edir: Rusiya prezidenti açıqlamasındakı “münaqişənin bütün tərəfləri arasında dialoqun qurulmasına kömək edəcəkləri” məqamı diqqət çəkir. Görünür, Kreml Türkiyə və Əsəd arasında dialoqun qurulması təklifində bundan sonra da israr edəcək.
Asif 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə