Təqvim
Koronavirusla bağlı SON XƏBƏRLƏR...
09 mart 2020 - 15:55

Hazırda dünyada tüğyan edən COVİD-19 virusu artıq 3000 mindən çox insanın canın alıb. Lakin koronavirus heç də dünyanın ən təhlükəli mikroorqanizmi sayılmır.
AZpress.AZ Musavat.com-a istinadən onların ilk 10-luğunu təqdim edir.
10. MERS-CoV

Bu virus həm də Yaxın Şərq respirator sindromunu yaradır. Yoluxan xəstələrdə öskürək, qızdırma, nəfəs darlığı kimi ağır respirator əlmətlər, habelə virus pnevmoniyası müşahidə edilir. Bu virusdan ölüm halı olduqca yüksəkdir. Hər 3 xəstədən biri ölüb.
9. Ortoxanviruslar (hantaviruslar)
Hantviruslar insanlara Şimali və Cənubi Amerikadakı gəmiricilərdən keçə bilər. İlkin mərhələ güclü öskürək, nəfəs çatışmazlığı, habelə güclü yuxu ilə müşahidə olunur. 1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı bu virusa yaxalananların yarısının öldüyünü xəbər edib. Bu gün də vəziyyət o qədər düzəlməyib. Xəstələnənlər arasında ölüm riski 36%-dir.
8. Konqo-krım qanamalı hərarət virusu (KQHV)
KHV ağır qızdırma və güclü qanaxma ilə müşahidə olunan xəstəlikdir. Xəstəliyin simptomlarına dəri və selikli qişalarda qanaxma (petechiae), qanlı qusma və qara nəcis daxildir. Bu virusa yaxalananlar arasında ölüm faizi 9-50% arasında dəyişir. Əsas mənbə gəmiricilər və kişikbuynuzlu ev heyvanlarıdır. Gənə dişləməsi ilə insanlara ötürülür.
7. Lassa mammarenavirus
Lassa mammarenavirus, arena virusları ailəsinə aiddir və Lassa hemorragik qızdırmasını yaradır. Yoluxanların 20% -də diş ətində qanaxma, nəfəs darlığı, qusma, sinə ağrısı və təzyiq azalması inkişaf edir. Xəstəxanaya yerləşdirilməsini tələb edən xəstələr arasında ölüm orta hesabla 15-20% təşkil edir, lakin bəzi xəstəliklər zamanı 50% -ə çata bilər. Lassa mammarenavirus ilə bir insan gəmirici nəcisilə çirklənmiş qida və ya əşyalarla təmasda olarkən yoluxa bilər.
6. Nipaha virusu
Nipaha virusu infeksiyası ensefalit (beynin iltihabı) və tənəffüs darlığına səbəb ola bilər. Virus xəstəni tez bir zamanda koma vəzyyətinə gətirib çıxarır. Orta hesabla, yoluxanların təxminən 40% -i xəstəlikdən ölür, lakin Banqladeşdə baş vermiş xəstəlik zamanı ölüm 78% -ə çatıb.
Virus yarasalardan və yoluxmuş bir insandan keçə bilər..
5. Herpes B virusu (Macacine alphaherpesvirus 1)
Vaxtında müalicə edilmədikdə, herpes virusu B sinir sisteminin daimi zədələnməsinə və ya ölümünə səbəb olur. İnfeksiyadan sonra ölüm 80% -ə çata bilər. Herpes B infeksiyalarının təbii mənbəyi makaka meymunları hesab olunur.
4. Lujo mammarenavirus
Lujo mammarenavirus Lassa hərarəti patogeninin bir qohumudur. Bu “Luio” hemorragik hərarətinə səbəb olan təhlükəli bir virusdur. Bu xəstəlik haqqında bu günə qədər çox az məlumat var: mövcud məlumatlar Cənubi Afrikadan olan cəmi 5 xəstənin nümunəsinə əsaslanır. Onlardan dördü ölüb, yəni ölüm nisbəti 80% təşkil edib. Bu virusun təbii mənbəyi gəmiricilərdir.
3. Marburq virusu
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin mütəxəssisləri bu virusu "Ebola virusunun əmisi oğlu" adlandırırlar. Marburg virusunun doğurduğu xəstəlik, insandan insana qan və digər fizioloji mayelərlə təmas yolu ilə ötürülə bilər. Virusun əsas daşıyıcıları yarasalar və meymunlardır.
Xəstəlik şiddətli baş ağrısı və bədən zəifliyindən sonra başlayır, ardından çox sayda qanaxma baş verir. Ölüm dərəcəsi 25% -dən 90% -ə qədər dəyişir.
2. Ebola virusu
Ebola virusunun dörd növü qusma, ishal, səpki, qaraciyər və böyrəyin funksiyasının pozulması, habelə qanaxma ilə müşayiət olunan təhlükəli hemorragik hərarətə səbəb ola bilər. Bu virusdan ölüm halı 90% təşkil edir.
1. Quduzluq virusu
Bu günə qədər ən təhlükəli virus quduz virusudur, çünki xəstəyə vaxtında quduz peyvəndi verilmədiyi təqdirdə xəstəlik ölümlə nəticələnir.
Quduz virusu xəstə heyvanların tüpürcək və sinir toxumalarında olur. İnsanlar ümumiyyətlə quduz heyvanların dişləmələri ilə yoluxurlar.
*** *** ***
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxma və ölmə halları ilə bağlı son statistikanı açıqlayıb. 3 610 koronavirusa yoluxma halı qeydə alıb, 71 nəfər ölüb.
Publika.az xəbər verir ki, son gün ərzində dünyada 3 610 koronavirusa yoluxma halı qeydə alınıb, 71 nəfər ölüb.
Məlumata görə dünyada koronavirusa yoluxanların ümumi sayı 105 586 nəfərə çatıb.
Hazırda epidemiya dünyanın 101 ölkəsində qeydə alınıb.
Son 24 saat ərzində virus Bolqarıstan, Kosta-Rika, Moldova, Fransa Qvianası, Maldiv adaları, Malta və Farrer adalarında da aşkarlanıb.
*** *** ***
Çində koronavirusa yoluxanların sayı və ölənlərin sayı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkədə 80 735 nəfər virusa yoluxub. 3 119 insan ölüb. 5 111 xəstənin vəziyyəti kritikdir.
Ümumilikdə isə 58 600 nəfər sağalaraq, xəstəxanalardan evə buraxılıb.
*** *** ***
İtaliyada koronavirusdan daha 133 nəfər həyatını itirib.
AZpress.AZ Anadolu agentliyinə istinadən xəbər verir ki, bununla da virusdan ölənlərin sayı 366 nəfərə çatıb. 4 mindən çox insan virusa yoluxub.
Qeyd edək ki, İtaliyada Milan, Venesiya da olmaqla 14 şəhər koronavirus səbəbiylə karantin altına alınıb.
*** *** ***
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Publika.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşdə COVID-19 virusuna qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığı davam edir.
Martın 6-da Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
*** *** ***
Keçən ilin dekabr ayında Çindi vüsət almağa başlayan koronavirus epidemiyası Avropada sürətlə yayılmaqdadır.
Publika.az xəbər verir ki, İtaliyada bu virus səbəbindən ölənlərin sayı 238 nəfərə çatıb.
Digər Cənubi Avropa ölkəsi olan Yunanıstanda da virusa yoluxanların sayı artır. Ölkənin Səhiyyə Nazirliyi son sutka ərzində daha 21 nəfərdə koronavirus aşkarlandığınıb bildirib. Beləliklə Yunanıstanda virusa yoluxan insanların sayı 66 nəfər çatıb. Fransada da koronavirus təhlükəsinin artdığı qeyd edilib.
*** *** ***
İranın Əhvaz şəhərində etanol spirti qəbul edən 10-a qədər insan həyatını itirib. Çox sayda insan ağır xəsarətlər alıb.
AZpress.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, yerli sakinlər arasında etanolun koronavirusla mübarizədə olduqca effektli olduğu barədə iddialar yayılıb.
Sakinlər məhz buna görə spirt qəbul ediblər. Yerli mənbələr ölənlərin sayının artacağından narahatdır.
Anar Türkeş 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə