Təqvim
Maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur-SƏBƏB isə budur!
06 mart 2020 - 14:23

"Əslində, sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar".
Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, maskaların insanları xəstəlikdən qoruması barədə rəy yanlışdır. İnsanlar arasında belə fikrin formalaşması həm də maska qıtlığının yaranmasına səbəb olur.
C.İsayev bildirib ki, xəstəliyin ötürülməsində önəmli olan məsələ insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan insanın öskürdüyü zaman nə qədər insanı yoluxdurmasıdır: "Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır".
Azərbaycanda təhsil müəssisələrində tədrisin dayandırılmasını düzgün addım sayan baş infeksionist qeyd edib ki, bu, ölkədə koronavirusun yayılma riskinin yüksək olması ilə əlaqəli deyil:
"Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı".
Baş infeksionist deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:
"Bu zaman insanlarda zökəm əlamətləri - buruntutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Vətəndaşlar fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər".
C.İsayev əlavə edib ki, koronavirusa yoluxmamaq üçün mütləq olaraq əllər tez-tez sabunla yuyulmalıdır: "Sabun və su olmazsa, əllər spirtlə dezinfeksiya olunmalıdır. Əllərlə ağıza və gözə toxunmamaq lazımdır. Bununla yanaşı, xəstələr çölə çıxmasınlar. Hərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə, evdə qalmaq tövsiyə edilir". 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə