"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.
Belə ki, mərkəzlərdə dezinfeksiya işləri həyata keçirilib. Bunun üçün xüsusi dərman məhlullarından istifadə olunub.
Müvafiq işlər "ASAN xidmət" mərkəzlərində qeyri-iş saatlarında həyata keçirilib.
Bütün hüquqlar qorunur © 2024