Təqvim
Koronavirusla bağlı son məlumatlar...
29 fevral 2020 - 12:36

Gürcüstanda koronaviruslu iranlı səhvən xəstəxanadan buraxılıb.
Bu barədə rusiyalı aparıcı Olqa Skabeyeva öz “Telegram” kanalında video yayımlayıb.
Belə ki, Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən İran vətəndaşına karantindən buraxıldığı deyilib.
O, xəstəxananın qarşısında jurnalistlərə və fotoqraflara Gürcüstan hökumətinə və xəstəxana heyətinə təşəkkür ünvanladığı məktubunu oxuyub. Bu zaman tibb işçiləri onun qollarından tutaraq, yenidən xəstəxanaya qaytarıblar.
Məlum olub ki, xəstəxanada onun nəticələri səhv salınıb.
O.Skabeyeva buna görə hazırda həmin jurnalistlərin, fotoqrafların və onlarla ünsiyyətdə olan onlarla insanın təhlükəli vəziyyətdə olduğunu bildirib.


*** *** ***
İtaliyada koronavirusa daha 200 yoluxma halı qeydə alınıb.
AZpress.AZ
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətindən bildirib.
Məlumata görə, hazırda İtaliyada 821 virus daşıyıcısı var, daha 46 nəfər sağalıb. Ölənlərin sayı isə 21 nəfərdir. Yoluxanların yarısı simptomların olmaması və xəstəliyin yüngül formada müşahidə edilməsi səbəbindən ev şəraitində karantinə alınıb.
Həmçinin qeyd edilib ki, fevralın 28-də ölkədə 3 nəfər bu virusun qurbanına çevrilib, onların hamısı 75 yaşdan yuxarı şəxslərdir.
*** *** ***
Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.
Bakı Metropoliteni QSC-dən Yeniavaz.com-a daxil olan məlumata görə, bu gecə "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq.
Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.
Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.


*** *** ***
ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır.
"ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər", - Pens deyib.
Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə koronavirusa 15 yoluxma hadisəsi haqqında bildirib.//Report


*** *** ***
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.
Medicina.az Azərbaycanda bundan sonra koronavirusa yoluxma riski qrupuna kimlərin daxil ola biləcəyini araşdırıb.
Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev da bir çox xəstəliyi olanların daha ehtiyatlı olmasını bildirib.
Risk qrupuna daxil pasiyentlər:
- Vərəm xəstələri
- Bronxit və pnevmoniyası olanlar
- Leykoz xəstələri
- Onkoloji xəstələr
- Astma və bronxial allergiyası olanlar
- Ağır əməliyyat keçirmiş şəxslər
- Hamilələr
- Yaşı 60-dan yuxarı və xroniki xəstəliyi olan yaşlılar
- Diabet xəstələri
- Çox siqaret çəkənlər
- Kəskin ürək-damar, tənəffüs çatışmazlığı olanlar


- QİÇS, sifilis xəstələri
*** *** ***
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Yeniavaz.com-a verilən məlumata görə, “Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edilib.
Daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər. Analizin nəticələrinə görə məhsulun tərkibində salmonella aşkarlanıb.
Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 1500 kq olan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusu Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə